“Gürcüstan ikitirəli oyunun içərisindədir. Ölkə prezidenti üzünü Qərbə tutub, Qərbin dedikləri ilə hərəkət edir. Gürcüstan baş naziri və onun komandası isə üzünü Rusiyaya tutaraq, onların dediyi ilə “oturub-durur”. Gürcüstan cəmiyyəti də bu baxımdan parçalanıb, ikiyə bölünüb və ölkədə vahid mövqe yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, Gürcüstanda gözlənilən parlament seçkilərində Qərb böyük hesabla bura müdaxilə etmək istəyəcək: “Eləcə də Rusiya öz maraqlarını qorumaq üçün müdaxilə etmək istəyəcək. Gürcüstan dövlətinin bu proses qarşısında nə edəcəyi, prezidentin yoxsa baş nazirin iradəsinin qalib gələcəyini proqnozlaşdırmaq asan deyil. Lakin hazırki vəziyyəti nəzərə alsaq, Rusiyaya meyilli qüvvələr bu parlament seçkisində də üstünlüyü qoruya biləcəklər. Yəni, indiki şəraitdə Gürcüstan baş naziri və onun meyilləndiyi Rusiya daha güclü görünür.
Nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan qopmağa çalışdığı bir dövrdə Rusiya Gürcüstanın da tam olaraq qopmasına imkan verməyəcək. Əlbəttə Qərb də hər zamanki oyununu oynayacaq. Onlar “gəl-gəl” deyirlər, lakin özləri meydana çıxmırlar. Düşünürəm ki, bu dəfə də elə olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB