“Onların qeyri-obyektiv davranışı Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır” - EKSPERT TƏNQİD ETDİ
“ATƏT-in Beynəlxalq seçki müşahidə missiyası həm uzunmüddətli, həm də qısamüddətli heyətlə ölkəmizə gəliblər. Onlar bir aydan çoxdur ki, burada seçki məntəqələrini gəzirlər, vəziyyəti yerində müşahidə edirlər. Həmçinin, ayrı-ayrı qurumlarda görüşlər keçirirək araşdırma aparırlar. Onların təmsilçiləri ilə biz də görüşdük. Mətbuat Şurasında səmimi müzakirəmiz oldu. Hesab edirik ki, onları maraqlandıran suallara aydınlıq gətirdik”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, indi Azərbaycan KİV-lərində belə məlumat çıxır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilər başa çatmamış, nəticələr elan olunmamışdan qabaq "Hesabat" hazırlayıb və orada seçkilərin nəticələrini tənqid edib. Belə nəticə çıxır ki, onlar dırnaqarası hesabatlarını buraya gəlməmişdən öncə yazıb hazırlayıblar. Legitim olmayan mənbələrə istinadla hansısa qeyri-leqal elementləri öz hesabatlarına daxil ediblər. Bu, özünü beynəlxalq təşkilat adlandıran bir qurum üçün məqbul olmayan haldır. Beynəlxalq təşkilat neytral davranmağı, prosesləri obyektiv qiymətləndirməyi bacarmalıdır. Onların qeyri-obyektiv davranışı Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır. Bu seçkilər bizim üçün çox önəmlidir. İlk dəfədir işğaldan azad olunmuş ərazilərdə parlament seçkisi üzrə səsvermə təşkil olunur. Xalqımız bu seçkilərə Qarabağ və Şərqi Zəngəzurda öz legitim haqlarının təmin olunması kimi yanaşır. Belə bir halda kiminsə bu seçkilərə kölgə salmağa çalışması ciddi iradla qarşılanır. Əgər Qərb təsisatları Azərbaycanda fəaliyyət göstərmək, ölkəmizlə əməkdaşlıq etmək istəyirlərsə, öz hərəkətlərinə çəki düzən verməlidirlər. Onların qeyri-obyektiv davranışları öz imicləri üçün də problem yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB