ATƏT müşahidəçiləri Göygöldə seçkini izləyir

ATƏT müşahidəçiləri Göygöldə seçkini izləyir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri Göygöl rayonunda növbədənkənar parlament seçkilərini izləyir. SİA “Seçki 2024”Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, beynalxalq müşahidəçilər Göygöl rayonunun Köşkü kəndində 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin 13 saylı məntəqəsində olublar.

Qeyd edək ki, 13 saylı məntəqə Göygölün ucqar Köşkü kəndində yerləşir. Məntəqədə seçici aktivliyi müşahidə olunur.

ATƏT/DTİHB-nin müşahidə missiyası gün boyunca qərb bölgəsinin müxtəlif məntəqələrində müşahidələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə