Səbinə Salmanovanın seçiciləri ilə mütəmadi görüşləri davam edir - FOTOLAR
45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Səbinə Salmanovanın seçiciləri ilə mütəmadi görüşləri davam edir. SİA xəbər verir ki, bu gün xanım Səbinə Salmanovanın öz seçiciləri ilə daha bir izdihamlı görüşü baş tutub.
Namizədin gələcək planları və platforması ilə tanış olan seşicilər axın-axın onun görüşünə gəlirdilər. Katej yaşayış masivində baş tutan görüşlərdə gənclərin, xüsusilə işə qəbul zamanı problemlərlə üzləşən şəxslərin çoxsaylı sualları və seçicilərin sayca çoxlugu diqqəti cəlb edirdi. Seçicilər onları düşündürən suallara, problemlərə Səbinə Salmanovanın yanaşmasından, Sumqayıtda böyüyüb boya-başa çatmış bir xanımın millət vəkili seçilmək arzusundan məmnun qaldıqlarını və seçki günü onu dəstəkləyəcəklərini bildirdilər. Eyni mənzərə Bulvarda yerləşən yaşayış massivinin seçiciləri ilə görüşdə də müşahidə olundu.
Görüşə gələn seçicilər namizədi çox hörmət və ehtiramla qarşılayıblar. Onları düşündürən suallara və qaldırdıqları problemlərə olan real və səmimi münasibətə görə Səbinə xanıma təşəkkürlərini bildiriblər. Seçicilər hər kəsi 01.09.2024-cü il tarixində Səbinə xanıma səs verməyə çagırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB