Məhəmməd peyğəmbərin "Meracı" və fransız toplarını Yerevana daşıyan İranın "Merac" aviaşirkəti....

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Fransa silahlarının İran aviaşirkətləri vasitəsi ilə Ermənistana daşınması barədə maraqlı paylaşım edib. A. Quliyev yazır: "Bildiyimiz qədər "Merac" islam tarixində böyük bir hadisəni ifadə edən nominasiyadır, Məhəmməd peyğəmbərin Allahın hüzuruna qalxması və pərdə arxasından tüklü bir əlin uzanaraq onunla plov yeməyini əks etdirən rəmzidir. Bunu niyə xatırladım?

Bu günlərdə Fransanın Ermənistan üçün göndərdiyi hücum texnikalarının əvvəlcə Tehranın "Mehrabad" hava limanına, oradan isə "Merac" aviaşirkətinin təyyarələri ilə Yerevana daşındığı barədə çox diqqətçəkici xəbərlər yayıldı. Tutdunuzmu nəyə işarə var? Məhəmməd peyğəmbərin göylərə yüksəldiyi "Meracı" və ermənilər üçün müsəlmanlara qarşı fransız hərbi texnikasını daşıyan İranın "Merac" aviaşirkəti....

Aviaşirkətə qoymağa ad tapmırdılar? Ya hərbi texnikanı elə məhz "Merac" şirkətinin təyyarələri daşımalı idi? Aviaşirkət "Merac" ın adı ilə Peyğəmbərin "Merac"ının arasında nə bağlılıq var? Maraqlı deyil?.....

Mən həm də bu İran şirkətinin adının haradan qaynaqlandığını barədə daha geniş məlumatlar almaq istəyirəm....İzləyin...."

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB