Azərbaycan xalqı əldə etdiyi qələbəni demokratiya ilə taclandırır - Güngör Yavuzaslan

“Azərbaycan xalqı əldə etdiyi qələbəni demokratiya ilə taclandırır”. SİA xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin sədri Güngör Yavuzaslan deyib.

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə əlaqədar seçkilərin tarixinin dəyşidirilməsi iradə nümayişidir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntəqələrinin qurulması isə ümumilikdə regional proseslərə əlavə rəng qatır: “Bu seçkilərdə Qarabağdan da deputatlar seçiləcək. Doğma yurdlarına qayıtmış vətəndaşların səsvermədə iştirakı demokratiya və regional sülh üçün mühüm bir mərhələdir. Azərbaycan xalqı əldə etdiyi qələbəni demokratiya ilə taclandırır”.

Güngör Yavuzaslan Azərbaycanın bu siyasətini “Güclü Azərbaycan uğrunda yeni strategiya” kimi dəyərləndirib: “Azərbaycan son dövrdə iki seçki keçirərək, bölgədə Türkiyə ilə birlikdə sabitlik adasına çevrilir. Bu, Ermənistanla danışıqlar masasında Bakının əlini gücləndirir və bölgədə sülh və təhlükəsizlik qapısını açır. Azərbaycanın sosial-iqtisadi müstəvidə güclənməsi, demokratiya yolu ilə irəliləməsi daxili və xarici siyasətdə tarazlıq yaradır. İndi isə səsvermə vaxtıdır. Bayramın mübarək, Azərbaycan!”

Bütün xəbərlər Facebook səhifəmizdə