Namizədlərin təşviqat prosesi qanunlara uyğun formada aparılır - 96 saylı Goranboy –Naftalan DSK-nın sədri

Namizədlərin təşviqat prosesi qanunlara uyğun formada aparılır - 96 saylı Goranboy –Naftalan DSK-nın sədri

“96 saylı Goranboy –Naftalan seçki dairəsində qeydə alınmış 8 namizəd mübarizə aparacaq. Hazırda namizədlərin seçkiqabağı təşviqat kampaniyası qanunvericiliyə uyğun şəkildə davam edir. Hər bir namizədin təşviqat materialları məntəqələrdə quraşdırılmış təşviqat lövhələrinə yerləşdirilib, o cümlədən, qapalı və açıq yerlərdə seçicilərlə görüşlər keçirilir. Təşviqat prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 96 saylı Goranboy-Naftalan Dairə Seçki Komissiyasının sədri Arif Abbasov deyib.

DSK sədri qeyd edib ki, seçkiyə hazırlıq prosesi qanunvericiliyə uyğun şəkildə aparılır.

“Dairə üzrə qeydiyyatda olan 54 min 543 seçici 63 məntəqədə səs verəcək. 354 seçici səsvermə hüququndan ilk dəfə istifadə edəcək. Dairə üzrə 1041 seçicimizin yaşı 80-100 arasındadır. 10 məntəqədə veb-kamera, 6 məntəqədə panduslar quraşdırılıb. Səsvermə prosesini izləmək üçün 1450 yerli müşahidəçi qeydiyyatdan keçib”, - o bildirib.

DSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilərinin dairədə seçkiyə hazırlıq prosesi ilə tanış olduğunu da deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə