Vaxtaşırı olaraq Ermənistanda hərbi təlimlərin keçirilməsi diqqəti cəlb etməyə bilməz. Çünki işğalçı ölkənin hansı məqsədlə hərbi təlimlər keçirməsi, təlimlər keçirməkdə qarşıya qoyulan məqsədlərin nədən ibarət olması, ortada olan niyyətin nə ola biləcəyi həqiqətən də maraq doğurur. Hər halda, keçirilən hərbi təlimlərin düşünülməmiş olması heç də inandırıcı deyil və şühbə yoxdur ki, həmin təlimlərin keçirilməsi nəyə isə hesablanıb, hansıki diqqəti də cəlb edən məhz budur.
Küçə nümayişlərilə hakimiyyəti ələ keçirəndən və komandasından heç kimin ağlına gəlməyən manipulyasiyalar gözləməyə dəyər
Heç şübhəsiz ki, işğalçı ölkənin keçirdiyi təlimlərin arxasında gizli məqamlar var və Ermənistan belə hərbi təlimləri boş yerə, heç bir məqsəd güdmədən keçirmir. Hansısa məqsədlərin olması danılmazdır. Amma hansı məqsədlər ola bilər? Bax elə düşündürücü də məhz budur. Ən düşündürücü məqam isə ondan ibarətdir ki, Ermənistan son vaxtlar sərhədyanı ərazilərdə məhz “hava hücumu zamanı əhalinin xəbərdar edilməsi, sığınacaqlara yerləşdirilməsi və təxliyəsi üzrə işin təşkili” çərçivəsində hərbi təlimlər keçirir. Ələlxüsus da İrəvanın Kəlbəcər və Laçın təxribatından sonra ermənilərin belə təlimlər keçirməsi diqqəti cəlb edir və bunun da arxasında hansısa məqamların olduğu güman edilir. Maraqlıdır, axı bunun pərdə arxasında nə gizlənir və nə kimi niyyətlər, nə kimi hiyləgərliklər ola bilər? Ən azından hər kəs bilir ki, erməni hiyləgərliyi sərhəd tanımır və haylardan nə desək gözləmək olar. Xüsusən də küçə nümayişlərindən istifadə edərək, hakimiyyət kürsüsünü ələ keçirən erməni baş nazir Nikol Paşinyandan və onun hakimiyyət komandasından heç kimin ağlına gəlməyən manipulyasiyalar gözləməyə dəyər. Ən azından hər kəs hesab edir ki, sözügedən hərbi təlimlərin hansısa pərdəarxası məqamları var və bunun nə ola biləcəyi də kimsəni düşündürməyə bilməz.
Hərbi təlimlər İrəvanın hansısa hiyləgər planından və sülh gündəliyindən, sülh danışıqlarından yayınmağa çalışdığından xəbər verir
Əlbəttə ki, barəsində qeyd olunan hərbi təlimlərin adından da görünür ki, hansısa hərbi əməliyyatlar barədə erməni cəmiyyəti bir növ xəbərdar edilir. Daha dəqiq desək, guya hansısa hərbi əməliyyatların ən azından olma ehtimalı barədə bildirilir. Yaxud da, ermənilər arasında hərbi əməliyyatlar barədə hansısa fikir formalaşdırılır. Maraqlıdır ki, niyə belə bir fikir formalaşdırmaq, yaxud, guya hərbi əməliyyatların olma ehtimalı barədə xəbərdar etmək niyyəti yaranır axı? Axı rəsmi İrəvan istənilən beynəlxalq platformalarda da, görüşlər zamanı da ağız dolusu, özü də pafosla sülh danışıqlarından dəm vurur. Bəs əgər Ermənistan hakimiyyətinin niyyəti sülh müqaviləsi bağlamaqdırsa, o zaman hərbi təlimlərə nə ehtiyac qalırdı, yaxud da hərbi əməliyyatların olması ehtimalı barədə “xəbərdarlıq” nəyə lazım idi? Görünür, rəsmi İrəvanın yenə də hansısa hiyləgər planı var və yenə də sülh gündəliyindən uzaqlaşmağa, sülh danışıqlarından yayınmağa çalışır. Məhz sülhdən özgə hansısa addımların atılması bunu deməyə əsas verir. Çünki sülh danışıqlarında maraqlı olan tərəf heç zaman hərbi təlimlərə maraq göstərməz. Əksinə, sülh prosesini daha çox sürətləndirən addımlar atılması ön planda olar. Amma biz rəsmi İrəvanın timsalında bunun əksini müşahidə edirik. Bu isə onu deməyə əsas verir ki, təlimlərin keçirilməsində hansısa pərdəarxası məqamlar var.
Hərbi əməliyyatlar barədə düşünməyə belə nə Paşinyanın, nə komandasının, nə erməni müxalifətinin, nə də havadarlarının cürəti də çatmaz
Sözsüz ki, hər kəsi düşündürən məhz bu hərbi təlimləri keçirməkdə Ermənistan hakimiyyətinin nə məqsəd güdməsidir. Məhz 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətindən sonra Ermənistan liderinin hərbi təlim keçirməkdə niyyətinin nə olması düşündürücü olmaya bilməz. Xüsusən də bir sutkadan da az müddətə başa çatan və Azərbaycan ərazilərində olan erməni silahlılarının təslim olmaları, silahı qoyub ərazilərimizi tərk etməsi ilə nəticələnən anti-terror tədbirlərindən sonra Paşinyanın və onun hakimiyyət komandasının ağlına nə gələ bilər ki, hərbi təlimlər barədə düşünülə? Axı indi bütövlükdə erməni cəmiyyəti çox yaxşı bilir ki, növbəti hərbi əməliyyatlar Ermənistanın tamamilə məhv olması deməkdir. Çox yaxşı məlumdur ki, istənilən hərbi əməliyyat cəhdi belə Ermənistan üçün şox böyük fəlakət hesab olunur. Bütün qüvvəsi ilə cəmi 44 gün belə Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən erməni silahlılarının bu boyda rüsvayçı məğlubiyyətindən, bu qədər itgilərindən, 20 minə yaxın fərarisinin döyüş meydanını qoyub qaçmasından, saya-hesaba gəlməz tələfatından, hərbi sursatının itirilməsindən sonra Ermənistanın hərbi əməliyyatları düşünməsi belə ağıla sığan bir şey deyil. Bunu düşünməyə belə nə Paşinyanın özünün, nə onun hakimiyyət komandasının, nə erməni müxalifətinin, nə də havadarlarının cürəti, cəsarəti də çatmaz. Çünki hər biri öz növbəsində yaxşı bilir ki, bu dəfə hərbi əməliyyatlara rəvac vermək bir ölkənin tamamilə xəritədən silinməsi bahasına haylara başa gələ bilər.
Ermənistanda keçirilən hərbi təlimlər də daxili auditoriyaya hesablanıb
Əgər Nikol Paşinyan və onun hakimiyyət komandası hərbi əməliyyatlar barədə düşünməyə belə cəsarət etmirsə, o zaman hərbi təlimlər nəyə lazımdir? Ümumiyyətlə, hərbi əməliyyat qorxusu, kompleksi fonunda bu hərbi təlimlər nəyə hesablana bilər axı? Bunun arxasında nə var və pərdəarxası məqamları nədən ibarətdir? Əlbəttə ki, hərbi əməlliyyatlardan çəkinməsi, hətta qorması fonunda Nikol Paşinyanın hərbi təlimlər keçirməyə maraqlı olması ancaq və ancaq erməni cəmiyyətini növbəti dəfə müharibə ilə qorxutmağa çalışması ilə izah edilə bilər. Görünür, məhz elə təkcə özünün yox, bütövlükdə erməni cəmiyyətinin, hayların hamısının müharibə qorxusundan da Paşinyan istifadə etməyə çalışır. Əlbəttə ki, belə vaxtaşırı təlimlər keçirməkdə rəsmi İrəvanın məqsədi də sanki gərginlik, hücum ehtimalı varmış kimi təəssürat yaratmaqdan ibarətdir. Doğrudur, bizim Ermənistana hücum etmək kimi bir niyyətimiz yoxdur və rəsmi Bakı bunu dəfələrlə də bəyan edib. Nikol Paşinyan özü də əmindir ki, Azərbaycan tərəfinin Ermənistana hücum etmək niyyəti yoxdur, amma bununla belə yenə də hücum ehtimalı təəssüratı yaratmağa çalışır ki, bu da səbəbsiz deyil. Səbəb də ondan ibarətdir ki, erməni baş nazir bilərəkdən belə bir təəssürat yaratmaqla daxili auditoriyanı qorxu və təhdidlə nəzarətdə saxlamaq istəyir. Bir sözlə, Ermənistanda keçirilən hərbi təlimlər də daxili auditoriyaya hesablanıb.
Qorxu kompleksi də, hərbi təlimlərinin kökündə qorxu kompleksinin olduğu da başadüşüləndir
Hərbi təlimlərin adı da diqqəti cəlb etməyə bilməz və “hava hücumu zamanı əhalinin xəbərdar edilməsi, sığınacaqlara yerləşdirilməsi və təxliyəsi üzrə işin təşkili” çərçivəsində hərbi təlimlərin keçirilməsi özü də bir çox məqamlardan xəbər verir. Əvvəla onu diqqətə çatdıraq ki, analoji şəkildə hərbi təlimləri bir zamanlar işğal altında saxladıqları Qarabağ ərazilərində də keçirən Ermənistanın qorxu kompleksinin olması bəlli olur. Azərbaycanın Qarbağ ərazilərini işğal altında saxladığı dövrdə də buna bənzər təlimlər keçirilməsi, erməni əsilli əhalinin zirzəmilərə, sığınacaqlara doldurulması məhz qorxu kompleksi ilə əlaqədar idi. Çünki, onlar bilirdilər ki, özlərinə məxsus olmayan torpaqları işğal edib, zəbt edib özününkü adlandırmalarına görə cavab verməli olacaqlar, necə ki, belə də oldu. Məhz qorxu kompleksi də ona görə mövcud olub və indi də qorxuları başadüşüləndir. Ona görə başadüşüləndir ki, ermənilər özləri də tarix boyu Azərbaycan ərazilərində məskunlaşdıqlarını, sonra həmin əraziləri özününkü elan etdiklərini yaxşı bilirlər. Yaxşı bilirlər ki, hazırki Ermənistan ərazisi onların özlərinə məxsus deyil, məhz Azərbaycan əraziləridir. Eyni ilə Qarabağda qorxu kompleksi fonunda hərbi təlim keçirdikləri kimi, məhz Ermənistanda da bu şəkildə təlim keçirirlər. Hətta başa da düşürlər ki, tarixi Azərbaycan ərazilərindən silahlı qüvvələrimizə qarşı atəş açmaqda davam edərlərsə, sülh prosesindən yayınarlarsa, Azərbaycanın səbr kəsası dola və daşa bilər. Ona görə də Ermənistanın qorxu kompleksini də başa düşürük, hətta hərbi təlimlərinin kökündə qorxu kompleksinin olduğunu da...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB