Ermənistanın qatıldığı təhlükəli oyunlar nələrə səbəb ola biler ? - DEPUTAT MÜNASİBƏY BİLDİRDİ

Ermənistanın qatıldığı təhlükəli oyunlar nələrə səbəb ola biler ? - DEPUTAT MÜNASİBƏY BİLDİRDİ

"44 günlük vətən müharibəsi bitdikdən sonra Azərbaycan sülhün əldə olunması üçün bütün mümkün alətləri işə saldı və demək olar ki, sülhü ən çox istəyən tərəf kimi çıxış edir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

" Ötən illər ərzində çox təəssüflər olsun ki Ermənistan dəfələrlə təxribata əl atdı,danışıqlar prosesini yubatdı,müxtəlif moderatorların və müxtəlif güclərin dəstəyi ilə bu görüşləri öz xeyrinə dəyişmək istədi. Nəhayət ki 2024-cü ildən başlayaraq Azərbaycanın yaratdığı yeni reallıqları azaciq da olsa dərk edən Ermənistan heç bir vasitəçi olmadan Azərbaycanla-Ermənistan arasında olan danışıqların faydalı olacağını qənaətinə qəldi və bunun nəticəsi olaraq artıq biz Ermənistan-Azərbaycan sərhədinin 12 km-nin delimitasiya və demarkasiyanı razılaşdırdıq. İşğal altında olan dörd kəndimizi qeyri-şərtsiz Azərbaycana qayıtmasını reallaşdırdıq",- deyə deputat bildirib.

Həmçinin də deputat əlavə edib : " Bugün isə digər anklav olmayan kəndlərin qayıtması məsələsi müzakirə edildi və sərhədlərin delimitasiya-demarkasiya məsələsini uğurla davam etməsi üçün xüsusi komissiyalar işləyirlər bununla bağlı da əsasnamənin şərtləri həyata keçirilməkdədi.

Amma təəssüflər olsun ki bu müddət ərzində əldə edilmiş bu uğurların davamını görə bilmək üçün Ermənistanı bu proseslərdən çəkindirmək və Ermənistanı silahlandıraraq daha da cəsarətləndirmək istəyən qüvvələr də tapıldı. Bu qüvvələr bu müddət ərzində daha da aktiv şəkildə Ermənistana dəstək olmağa başladılar. Ermənistandan da çox erməni mövqeyi ortaya qoydular və bu da birbaşa olaraq sülhə qarşı təhdiddir və region üçün böyük təhlükə doğurur.

Onsuzda 30 il ərzində Ermənistan işğalçı və təcavüzkar siyasət həyata keçirərək bir milyon azərbaycanlını öz dədə-baba yurdlarından didərgin düşməsini həyata keçirtmiş və bütün tarix azərbaycanın dədə-baba torpaqlarına, o cümlədən də Qarabağ və Şərqi Zəngəzuru talan etmiş və darmadağın etmişdir.

Bu dörd il ərzində Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevrilə bilir və təxirəsalınmaz işlər həyata keçirdir- quruculuq abadlıq işləri dünyanın gözü qarşısında reallaşdırılır. Biz şükürlər olsun ki keçmiş məcburi küçkünləri öz dədə-baba yurdlarına qayıtmasını təmin edə bilmişik. Biz hərgün köç xəbərləri eşidirik və sevinirik və bu proses günü-gündən daha da sürətlə həayata keçirilir, bütünlükdə Azərbaycan dövlətinin gücü hesabına ali baş komandan Prezident İlham Əliyev şəxsi iradəsi və istəyi hesabına uğurla həyata keçirilməkdədir və dövlətimiz görürük ki bu məsələlərdə çox qətiyyətlidir.

Ancaq təssüflər olsun ki, sülhün əldə edilməsini Ermənistan istəmiş kimi özünü göstərsə də reallıqda o sülhün həyata keçirilməsini istəmir,çox təhlükəli oyunlara baş qoşur, müxtəlif güclər arasına manipulyasiya edir gücləri,qarşı-qarşıya qoymaq istəyir , Cənubi Qafqazda heç vaxt burda olmamış kənar gücləri gətirməklə Rusiya asılılığından xilas olmaz istəyir və nəticə etibarilə region üçün yeni təhlükəlipyunlar oynamaqdadır.

Ancaq Azərbaycan öz mövqeyində qətidir və nə olursa olsun Cənubi Qafqazda sülhün əldə olunmasına nail olacaqdır və Ermənistanı da bu təhlükəli oyunlarından çəkindirəcəkdir və biz tezliklə sərhədlərin delimitasiya-demarkasiya prosesini davam etdirəcəyinə şahid ola biləcəyik, eyni zamanda Zəngəzur koridorunun açıq olması prosesinə şahid ola biləcəyik, həmçinin Ermənistan nəhayət ki özündə cəsarət taparaq öz ana konstitusiyasına dəyişiklik edərək Azərbaycanın da Ermənistana da ərazi iddialarından əl çəkəcəkdir".

"Biz ümid edirik ki biz uzunmüddətli bir sülhə nail ola biləcəyik "- deyə deputat əlavə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə