"COP29-un təşkilatçılığı dünyanın diqqətini cəlb edə biləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan COP29-u keçirməyə hazır olduğuna görə həmin tədbirin ölkəmizdə keçirilməsi təşəbbüsü ilə çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, ölkə rəhbərliyi COP29-un nə qədər mühüm və dünya üçün əhəmiyyətli bir tədbir olduğunu kifayət qədər yaxşı bilir: "COP tədbirləri barəsində Azərbaycan hökuməti məlumatlı idi və bu tədbiri keçirmək üçün Azərbaycan kifayət qədər hazırdır. Belə təşkilati məsələlər çox böyük enerji tələb edir. Ölkənin kommunikasiyaları, ölkənin mehmanxana biznesi, ictimai iaşə mədəni obyektlər bunu keçirməyə hazır olmalıdır. Bu sadə bir tədbir deyil. 100-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. 100 minə qədər qonaq gəlir. Heç bir tədbirdə bu qədər qonaq iştirak etmir. Tədbir 10 gündən çox keçir. Eyni zamanda bu tədbiri keçirən ölkə iqlim dəyişikliyinə hazır olduğunu öz həyatı ilə sübut etməlidir.
100 min konfrans içtirakçısı Azərbaycanın təbiətinin qorunmasında göstərdiyi faydanı öz gözləri ilə görməlidir və nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sənayesi təşkil edir. Bu baxımdan biz təbiəti nə cür qoruduğumuzu, yaşıl dünyaya öz töhfəmizi verməyimizi, öz fəaliyyətimizlə dünyaya göstərməyə hazırıq. COP29 böyük bir məsuliyyətdir. Hazırda ciddi hazırlıq gedir. Bakıda bu hazırlıq hər an gözə çarpır və noyabr ayında tədbiri keçirmək üçün biz tam hazır olacağıq. Hətta bu tədbirə görə biz mühüm dövlət tədbirini- parlament seçkilərini 2 ay qabağa keçirdik. Hesab edirəm ki, COP29-un təşkilatçılığı dünyanın diqqətini cəlb edə biləcək. Necə ki bu gün Parisdə keçirilən Olimpiyada Oyununun iştirakçıları Azərbaycanda vaxtilə Avropa və İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi ilə müqayisə edirdilər və bu müqayisədə Azərbaycan udur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB