Hər bir siyasi partiya təbii olaraq keçirilən seçkilərdə uğur əldə etməkdir. Buna nail ola bilməyən siyasi partiya liderləri istefa verməli və yerlərini daha perspektivli şəxslərə verməlidir. Dünyada yaşanan siyasi proseslər də bunu təsdiqləyir. Misal üçün qardaş Türkiyədə keçirilən seçkilərdə uduzan siyasi partiya rəhbərləri istefa veriblər. Eyni hadisələr Avropanın bir sıra ölkələrində də baş verib. Lakin Avropanın qaranlıq dairələrindən maddi və mənəvi dəstək alan Azərbaycanın dağıdıcı müxalifəti siyasi etket qaydalarına nəinki əməl etməyiblər, əksinə, daha həyasız formada növbəti seçkilərə hazırlaşıb. Bəzən isə ağalarının sifarişlərinə boyun əyməklə seçkiləri "boykot" etmək kimi absurd iddia ilə çıxış ediblər. Yalnız son bir il ərzində Azərbaycanda keçirilən iki seçkidə dağıdıcı müxalif ünsürlər iştirak etməkdən imtina ediblər. Sentyabrın 1-də planlaşdırılan parlament seçkilərinə də AXCP və Milli Şuranın qatılmayacağı bəyan edilib. Təbii ki, onların bəhanələri başa düşüləndir. O mənada ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri anlayırlar ki, seçkilərə qatılmaq açıq şəkildə ağır məğlubiyyət deməkdir. Çünki ictimai maraqlara qarşı qərəzli mövqe tutublar.
Dağıdıcı müxalifət ictimai dəstək qazana bilməz
Dağıdıcı müxalif ünsürlər hər zaman dövlətçiliyə qarşı çıxmaqla, xarici ağalarının təqdim etdikləri tapşırıqları icra ediblər. Hətta o dərəcədə milli hissdən məhrum olublar ki, canı və qanı bahasına 30 illik erməni işğalına son qoyaraq torpaqlarımızın azadlığına nail olan Azərbaycan əsgər və zabitlərinə qarşı qarayaxma kampaniyası aparıblar. Bu azmış kimi AXCP sədri Əli Kərimli "Bizim torpaqlarımızın azad edilməsi Koçaryanın və Sarkisyanın Azərbaycan ərazilərini işğal etməsindən artıq deyil", - deyə utancverici fikir söyləyib. İndi də COP29-un ölkəmizdə keçirilməsinə görə bütün dünyanın xalqımıza həsrətlə baxdığı bir vaxtda Əli Kərimli, Cəmil Həsənli və trolları konfransla bağlı ləyaqətsiz açıqlamalar yayır, paylaşımlar edirlər. Söz yox ki, belə bir müxalifət ictimai dəstək qazana bilməz. Əsaslı olaraq dağıdıcı siyasət aparan partiya sədrləri məğlubiyyətə düçar olmalıdır və olur da. Dağıdıcı müxalifət parlament seçkilərini "boykot" etmək iddiası ilə çıxış etməklə gözlənilən məğlubiyyətdən özlərini sığortaladıqlarını düşünürlər. Lakin cəmiyyət dağıdıcı ünsürlərin niyyətini başa düşür və bu da onların daha geniş formada gözdən düşməsinə gətirib çıxarır. Yəni qeyd olunanları hər kəs bildiyi halda dağıdıcı müxalifət özünü karlığa və korluğa qoyur. Bəzən isə həyasız formada əməllərinə haqq qazandırmağa çalışır.
Gültəkin Hacıbəyli hər danışığı ilə gül vurur
Diqqətçəkən məqam ondan ibarətdir ki, bəzən Əli Kərimlinin, Cəmil Həsənlinin adi hala çevrilən riyakarlıqlarına trol qismində fərqli ünsürlər də qoşulurlar. Hansı ki, onlara qarşı Əli Kərimli, Cəmil Həsənli və digərləri tərəfindən səmimi münasibət mövcud deyil, daim onlardan məsafə saxlanılır. Gültəkin Hacıbəyli də özünü Əli Kərimlinin və Cəmil Həsənlinin könüllü trollu olaraq təqdim edənlərdəndir. Bu ünsür müxtəlif tədbirlərdə Əli Kərimlinin yanında dayanır, şəkillər çəkdirir, sosial şəbəkələrdə təqdim edilən tezislərin paylaşılmasında iştirak edir. Hətta parlament seçkilərinin "boykot" edilməsi barədə qərar veriləndə G.Hacıbəyli Ə.Kərimlinin mövqeyini müdafiə etdiyini bəyan etdi. Özünü diribaş trol olaraq göstərmək üçün müəyyən təxribat xarakterli açıqlamalarla da çıxış edir. Məsələn, deyir ki, guya müxalifətdən olan şəxslərə imzalarını verənlər sonradan hüquq-mühafizə orqanları tərəfindən sorğu-sual edilir. Adama deyən lazımdır ki, yalan ola bilər, necə ki, Ə.Kərimli vaxtaşırı bu metoddan istifadə edir, lakin imzanın verilməsinə görə sorğu-sual edilməsi lap ağ yalandır. Seçki prosesinə ləkə atmaq, seçicilərə qarşı böhtanla çıxış etmək deməkdir. Bir məqamda G.Hacıbəyli deputatlığa namizəd olub, hətta mandat da əldə edib. Sual olunur, G.Hacıbəyli o zaman haqq olaraq imzalar toplayıb və sonra da deputat seçilib? Əminəm ki, G.Hacıbəyli bir həftə yatmayıb düşünsə, sualın cavabını verə bilməyəcək. Mənim bildiklərimi bütün cəmiyyət, o cümlədən də Ə.Kərimli və C. Həsənli də yaxşı bilirlər. Sadəcə, Ə.Kərimli və C.Həsənli G.Hacıbəyli danışanda susurlar, çünki onlara belə satqın trol lazımdır. Beyinlərində isə "get özünü dola, biz bilmirik sən kim olmusan?!", - deyə ironik şəkildə könüllü trolu süzürlər. Şübhə yoxdur ki. G.Hacıbəylinin özü də Milli Şura və AXCP-də ona qarşı inamsızlığın olduğunu anlayır. Ancaq özünü təmizə çıxartmağa çarə və faktlar tapa bilmir. Sadəcə susur və deyilənləri yerinə yetirir. Vay belə bədbəxtlərin halına.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB