“Razılaşmalar hər iki ölkə üçün iqtisadi cəhətdən çox sərfəlidir” - ŞƏRH EDİLDİ

“Pakistan-Azərbaycan əlaqələri Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə ən dinamik və inkişaf edən mərhələyə daxil olub. Pakistanın Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməkdə göstərdiyi dəstək öz işini gördü. Bu gün artıq Azərbaycan regional münaqişədən kənarda qalmış bir ölkə olaraq Pakistanla əməkdaşlığın yeni hərtərəfli inkişaf mərhələsinə çıxıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin Pakistana son səfərində əldə olunmuş razılaşmalar, xüsusilə “Asan ticarət”, qarşılıqlı investisiyaların əldə olunması ilə bağlı əldə edilmiş razılaşmalar çox böyük əhəmiyyətə malikdir: “Qarşılıqlı şəkildə 2 milyard dollarlıq investisiyanın qoyulması ən mühüm addımlardan sayıla bilər.
Təbii ki, hər iki ölkədə biri-birinin qarşılıqlı iqtisadi əlaqələri, böyük potensial imkanları var.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərə Pakistanın maraq göstərməsi də iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Beləliklə, Azərbaycan-Pakistan arasında yaxın dövr üçün 2 milyard dollarlıq qarşılıqlı yatırımların qoyulması iki ölkənin böyük hədəfinə çevrilib. Hər iki ölkə üçün iqtisadi cəhətdən çox sərfəlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə