"15 Temmuz şəhidlərini anma demokratiya və milli birlik günü" adlı konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün, iyulun 15-də Azərbaycan Dövlət İqtisad Universiteti Türk dünyası iqtisad fakültəsinin binasında "15 Temmuz şəhidlərini anma demokratiya və milli birlik günü" adlı konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Daha sonra 15 Temmuz gününə aid videoçarx nümayiş edildi.
2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi ilə çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etmişdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB