İranda dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup qadına həbs cəzası kəsilib

İranda dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup qadına müxtəlif müddətlərə həbs cəzası kəsilib. SİA xəbər verir ki, məlumata görə, qadın azadlığı uğrunda mübarizə aparan həmin qadınlara ümumilikdə 60 il həbs cəzası kəsilib. Onlar cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

Bildirilib ki, ötən ilin yayında Gilan əyalətində qadınların azadlığı uğrunda mübarizə aparan 12 nəfər, o cümlədən Rəşt, Fuman, Ənzəli və Lahican şəhərlərinin sakini olan beş qadın İranın güc strukturları tərəfindən həbs edilmişdi.

Forə Samyaniya, Sara Cahani, Yasmin Həşdari, Şiva Şahsiyah, Negin Rezai, Mətin Yazdani, Azadə Çavoşian və Zəhra Dadres 6 il 3 ay və 17 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “dövlət çevrilişinə cəhddə”, “qanusuz qruplaşmalarla əlaqə saxlamaqda” ittiham olunublar. Caloh Cəvaheri və Human Tahiri isə bir il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə