“Əli Kərimli Prezidenti ittiham etmək əvəzinə Onun əlini öpməlidir” - SƏRT TƏNQİD EDİLDİ

“Əli Kərimli Prezidenti ittiham etmək əvəzinə Onun əlini öpməlidir” - SƏRT TƏNQİD EDİLDİ

"Çox təəssüf ki, Əli Kərimli hələ də yuxudan ayıla bilmir. O, özünü inandırıb ki, həqiqətən Azərbaycanda bir nömrəli siyasi lider, müxalifətin öndəgedənidir və ən doğrusunu o bilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrətin sözlərinə görə, Əli Kərimli belə düşünməkdə ikən, dövlət başçısı İlham Əliyev zəhmət çəkdi, uzaqgörənlik etdi, strateji davrandı və nəticədə uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı dizə gətirdi: “Eyni zamanda, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının xəyalı olan türk birliyinin qurulması üçün öndərlik edir. Yəni, Əli Kərimli bunlardan narahatdırmı? Hansı avtoritarizm, hansı diktaturadan danışır? Azərbaycan torpaqlarını işğaldan azad etmək və ya türk birliyi qurmaq avtoritarizmdir? Bütün bunlar xalqımızın arzusu, eyni zamanda Əli Kərimlinin bu gün başçılıq etdiyi təşkilatın qurulduğu vaxt qarşısına qoyduğu məqsədlərdir”.

Siyasi şərhçi xatırladıb ki, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi qurulanda onun əsas məqsədlərindən biri də türk birliyinin qurulması idi. Sonrakı dönəmdə torpaqlarımız işğal edildi və AXC bütün bəyanatlarında, o cümlədən Əli Kərimli öz çıxışlarında torpaqlarımızın azad edilməsinin vacibliyindən danışırdı. Ə.Kərimli deyirdi ki, torpaqları ermənilərə bağışlayıblar və azad etmək istəmirlər. Nə baş verdi? Torpaqlarımız işğaldan azad edilib, ölkədə əmin-amanlıq hökm sürür, türk birliyi qurulub. Bütün bunlara görə cənab İlham Əliyevi ittiham etmək nə dərəcədə doğrudur? Bu, xəstəlikdən başqa bir şey deyil. Əli Kərimli və onun kimi sərsəm düşüncədə olan radikal kəslər Prezident İlham Əliyevi ittiham etməkdənsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi üçün Onun əlini öpməlidir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə