121 saylı tam orta məktəbdə ərazi partiya təşkilatının konfransı keçirilib - FOTOLAR

27.06.2024 – cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Xaqani küçəsi 15 ünvanında yerləşən 121 saylı tam orta məktəbdə ərazi partiya təşkilatının konfransı keçirilib. SİA xəbər verir ki, konfransda məsləhətçisi çıxış edən müəssisənin direktoru müavini Ceyhun Əsgərov, YAP Xəzər rayon təşkilatının Siyasət Həsənov, Kamran Mustafayev bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrikdövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ələkbərova Bahar ərazi partiya təşkilatının sədri, Həsənova Kəklik isə sədr müavini seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə