Marionetin oğlundan ermənilərə HƏDƏ-QORXU - TƏHLİL

Ermənistanın Milli Assambleyasında Avropa İttifaqına üzvlüklə bağlı dinləmələrin, sadəcə, müzakirəsi faktı həmin ölkədə beşinci kolonu çox həyəcanlandırıb. Ələlxüsus da Qarabağ klanının cəlladı, cani kimi tanıdığımız robert Koçaryanın oğlu Levon Koçaryanın ortalığa atılmasından aydın şəkildə bəlli olur ki, atasının da, özünün də kürkünə birə düşüb və hər ikisinin yuxusu ərşə çəkilib. Görünən odur ki, beşinci kalon indi Ermənistanda cərəyan edən hadisələrdən bərk narahatdır, çünki həmin hadisələr heç də kimləri isə qane etmir.

Fırıldaqçı ailənin üzvünün, Robertin oğlunun həyəcanı başadüşüləndir

Robertin oğlu erməni xalqının etimad göstərməsi ilə deputat olmayıb və bunu bütün erməni cəmiyyəti çox yaxşı bilir. Yaxşı bilir ki, Levonun atası, Ermənistanın və ümumilikdə erməni xalqının cəlladı belə istəyib deyə, onun oğlu da deputat olub. Daha dəqiq desək, Robertin saxtakrlığı sayəsində onun oğlu deputat ola bildi. Artıq ermənilər çoxdan bilirlər ki, Robert Koçaryanın oğluna heç kim səs verməyib. Deməli, Ermənistan cəmiyyəti üçün sirr deyil ki, atasının saxtakarlığı ilə öğlu deputat mandatına sahib çıxıb. Məhz onun deputat mandatı alması məsələsinin, blokun bir neçə digər üzvünün deputatlıqdan imtina etdikdən sonra reallaşdığını hər kəs çox yaxşı bilir. Ələlxüsus bu məsələnin necə baş verdiyini haylar özləri hər kəsdən də daha aydın, daha açıq şəkildə bilirlər, çünki fırıldaqçılığım Köçəryan ailəsinin çoxdankı sevimli üsulu olduğuna artıq alışqandırlar. İndi həmin bu fırıldaqçı ailəin bir fırıldaqçı üzvünün, əsl fırıldaqçı Robertin oğlunun narahatlığı tamamilə başadüşüləndir. Ona görə ki, bu ailənin hansı tərəfin oyunlarından marionet olduğu heç də sirr deyil və Ermənistan indi Rusiyanın aləti olmaqdan qeyri bir seçim etdikdə, yaxud rəsmi İrəvan Moskvanın diqtəsindən uzaqlaşdıqda fırıldaqçı ailənin bundan bərk həyəcan keçirməsin əbəs yerə deyil.

Levon Koçaryan öz cəllad atası ilə qorxu xofunu bir qədər də böyütmək niyyətindədir

Ermənilər özləri də yaxşı bilirlər ki, Rusiyanın əlində marionet olanlar kimlərdir. Yaxşı bilirlər ki, Moskvaya tabe olan, Kremlin əmrlərinə itaətkarlar olanlar məhz Qarabağ klanı, cinayətkar rejimdir. Onu da bilirlər ki, həm Robert Koçaryan, həm də Ermənistan prezidenti kimi onun davamçısı olan Serj Sarkisyan Rusiya üçün son dərəcə itaətkar nökər olaraq qəbul edilməkdədir. Məhz buna görə də həmin itaətkarlara mütəmadi şəkildə tapşırıqlar verilir. Onlar da həmin tapşırıqları “canla-başla” yerinə yetirməkdən zövq alırlar, çünki bilirlər ki, bir vaxtlar məhz Moskvanın “xeyir-duası” ilə hakimiyyəti ələ keçirmişdilər. Görünür bu dəfə də Kremldən hakimiyyət alacaqları qənaətindədirlər və elə buna görə də bacardıqları qədər, hətta bacardıqlarından da artıq şəkildə Moskvaya “xidmət” etmək üçün çalışırlar. Hətta bu xidmətləri fonunda bütün əməllərə də əl atmaq onlar üçün məqbul hesab edilir. İndi öz atasının bəd əməllərini, pislik ənənələrini davam etdirmək niyyətində olan Levon Koçaryan da olmayan ağlına qətiyyən korluq vermək niyyətində görünmür. Bu vaxta qədər hər şeyə əl atan Levon indi də qorxu yaratmaqla nəyə isə nail olmaq fikrinə düşüb. Onsuz da hayların qorxu içərisində olduqlarından məharətlə istifadə edən Levon Koçaryan öz cəllad atası ilə həmin qorxu xofunu bir qədər də böyütmək niyyətindədirlər. Heç şübhəsiz ki, erməni cəmiyyətinin, erməni xalqının səsini, etimadını qazana bilməyən ata və bala Koçaryanlar məhz indi hayların qorxularından məharətlə istifadə etmək fikri ilə bütövlükdə Ermənistan ictimaiyyətinə, erməni xalqına hədə-qorxu gəlmək planını işə salmaq fikrindədirlər.

Ermənistan üçün Qərbə yönümlülüyün heç bir mənası da, xeyri də ola bilməz və bunun böyük ziyanı gözlənilir

Erməni cəmiyyətinin arzusu odur ki, gənclərin təmsil etdiyi müxalifət daha çox Qərb dəyərlərinə yönləndirilsin. Doğrudur, Qərb dəyərlərinin nədən ibarət olduğunu, ümumiyyətlə, deyər deyilənin heç dəyər belə olmadığını hamımız çox yaxşı bilirik. Bir çox ermənilər də yəqin ki, bunu bilirlər, amma buna baxmayaraq Qərb dəyərləri dedikdə qeyri-ixtiyari olaraq, ağızlarının suyu da axır. Elə zənn edirlər ki, Qərbə meyil etməklə onlar guya dərhal “ağ günə” çıxacaqlar, yaxud da ən azından bütün problemləri guya dərhal həll olunacaq. Amma qətiyyən belə deyil və ermənilərin bütün problemlərinin qonşuları ilə sülh şəraitində, normal qonşuluq şəraitində yaşaması zaman həll oluna biləcəyini artıq özləri belə dərk etməkdədirlər və bəzən də bir çox hay “başbilənləri”, siyasətçiləri tərəfindən etiraf da edilir. Etiraf edilir ki, nə ABŞ, nə də Fransa gəlib Ermənistanda “cənnət” quran, yaxud da həmin işğalçı ölkəni düşdüyü bəlalardan, rəzalətdə, rüsvayçılıqdan, marginallaşmış vəziyyətdən, səfalət halından, yoxsulluqdan və hayların bir çox arzu etmədikləri hallardan, vəziyyətlərdən xilas edən deyil. Politoloqların əksəriyyəti açıq şəkildə bildirirlər ki, Ermənistan hansısa bir dövlətin, beynəlxalq təşkilatın qətiyyən marağında belə olmayıb və səfalət içərisində olan bir dövlət bundan sonra da maraq dairəsində ola bilməz. Deməli, buradan belə bir məntiqi nəticə hasil olunur ki, hansısa beynəxal təşkilat və yaxud, ABŞ və Fransanın timsalında hansısa bir xarici ölkənin Ermənistanla bağlı qətiyyən marağı yoxdur. Elə isə, Qərbə yönümlü olmağın nə adı ola bilər? Ermənistan üçün Qərbə yönümlülüyün heç bir mənası da, xeyri də ola bilməz və bəlkə də bunun çox böyük ziyanı gözlənilir ki, bir çoxları, bir çox hay başbilənləri daş atıb başlarını tuturlar.

Erməni cəmiyyətinə hədə-qorxu gəlməklə növbəti dəfə ortaya qoyulan simasızlıq

Robert və Levon Koçaryanlar kimi avantüristlər, manipulyatorlar, bir sözlə, hiyləgərlər vəziyyətdən istifadə etməyə çalışırlar. Onlar heç utanmırlar və görünən odur ki, utanmaq kimi bir niyyətləri də yoxdur. Şəxsən Levon heç qətiyyən utanmır və utanmaq fikrində də, niyyətində də görünmür. O, həyasızcasıına öz atasının “missiyasını”, işini davam etdirir və rusların marionetinə çevrilməyi ən ali işi hesab edir. Bunu heç gizlətmir də. Daha dəqiq desək, Rusiyayönlü fikirləri ilə tanınan Levon Koçaryan “Sputnik-Armeniya” saytına müsahibəsində ölkənin Qərbə getməsi halında Türkiyə ekspansiyası və digər ciddi problemlərlə Ermənistan əhalisini qorxutmağa başlayıb. “Ermənistanın Rusiyadan ayrılması Türkiyənin bu ölkədə təsirinin artmasına gətirib çıxaracaq ki, bu da İrəvan üçün faydalı ola bilməz. Əgər Rusiya zorla çıxarılsa, onun yerini başqası tutacaq və çox güman ki, onun yerini tutacaq ölkə mütləqTürkiyə olacaq”, deyən Levon Koçaryan erməni cəmiyyətinə hədə-qorxu gəlməklə simasızlığını növbəti dəfə ortaya qoyub.

Diqqəti çəkən bir də Levonun məhz qondarma iqtisadi əsaslandırması olub. Robert Koçaryanın oğlu qeyd edib ki, hakimiyyət hələ də Ermənistan iqtisadiyyatının Rusiya ilə nə dərəcədə bağlı olduğunu başa düşmür. “Başqa ölkələrin istənilən, hətta fövqəladə yardımı Rusiya Federasiyası ilə münasibətlər pozulduqda yaranacaq boşluqları doldura bilməyəcək. Həqiqətən də respublikada çox ciddi iqtisadi problemlər yaranacaq”, deyən Levon bu şəkildə, iqtisadi yönümdə də haylara hədə-qorxu gəlməyə başlayıb və istədiyi məsələni, istədiyi mövzunu ağlına gələn kimi şərh edir və məqsədinin də nədən ibarət olduğu bəllidir. Bu erməni balası erməni, marionetin oğlu marionet hədə-qorxu ilə məsələlərə müdaxilə etmək niyyətində görünür.

Hədə-qorxu gəlmək istəyən marionetlərin dövrü Ermənistanda da çoxdan başa çatıb

Göründüyü kimi, Rusiyanın bölgədən sıxışdırılması halında Türkiyənin təsirini gücləndirməklə, ermənilərin hissləri ilə oynamaq, onları qorxutmaq cəhdi göz önündədir. Ən maraqlısı odur ki, niyə məhz yalnız Türkiyə ilə hədə-qorxu gəlinir? Niyə bu hədə-qorxunun içərisində, məsələn, hazırda Ermənistanla hərbi-texniki və müdafiə sahəsində fəal şəkildə əlaqələri gücləndirən Fransa və ya ABŞ kimi bir dövlətin adı hallanmır? Çünki indi erməni müxalifətinin, Qarabağ klanının, hakimiyyətə gəlmək istəyənlər Rusiya xofundan istifadə etmək niyyətindədirlər. Bundan da məharətlə istifadə edəcəklərinə çox əmin olduqlarını zənn edirlər və ümid edirlər ki, nəyə isə nail olacaqlar.

Sözsüz ki, Ermənistanla Rusiya arasında uzunmüddətli iqtisadi əlaqələrin zəifləməsi, ümumiyyətlə yox dərəcəsinə çatması, daha doğrusu haylar tərəfindən çatdırılması Ermənistan iqtisadiyyatı üçün çox çətin və hətta hədsiz dərəcədə ağrılı bir prosesdir. Bəzən haylar elə hesab edirlər ki, bütün çətinliklərini düzəltmək üçün Qərbə meyillilik yeganə yoldur və bununla da bərk yanılırlar. Hətta dediklərini, istədiklərini, arzuladıqlarını reallaşdırmaq üçün qorxuya, hədə-qorxu məsələsinə də əl atırlar. Ermənistanın Rusiyadan uzaqlaşması ilə bağlı cəmiyyəti problemlərlə qorxudan kiçik Koçaryan, yəni Robertin oğlu Levon qeyd etməyi unudur ki, ölkəsinin fəlakətinin başlanğıcı məhz Sarkisyanla birlikdə Ermənistanı cənginə çevirən atasının sayəsində baş verib və bu məsələdə Moskvanın da “payı” var. Levon indi erməni cəmiyyətinə üzünü tutaraq bütövlükdə erməni xalqını qorxutmağa çalışır. “Burada ermənilər üçün tutqun perspektivlər vəd edilir və Gürcüstanda, Ukraynada, Moldovada baş verənlər bir nümunədir”, - deyən bu adam, Robertin özündən betər həyasız oğlu haylara bərk hədə-qorxu gəlir. Rusiyayönlü beşinci kolon, şəxsən Levon Ermənistanda yaşayan insanların, ermənilərin şüuruna psixoloji təzyiq edir. Amma artıq bu dəhşət hekayələrinə ermənilər dəfələrlə düşüblər və Robertin oğlunun belə avantürasına, manipulyasiyasına aldanacaq görünmür. Erməni cəmiyyəti artıq gözündən pərdəni atmalıdır və indi dəyişiklik istəyirsə, xoş gün görməyə, səfalətdən, məhv olmaqdan yaxa qurtarmağa çalışırsa, Qərbin, yaxud Rusiyanın ayaqları altına yıxılmağı yox, mütləq şəkildə qonşuları ilə sağlam münasibətlərə üstünlük vermək yolunu seçməlidir. Erməni xalqı içindəki qorxudan yaxa qurtarmaq üçün, ən azından qorxudan xilas olmaq üçün sülhə doğru addım atmalıdır. Başa düşməlidir ki, qorxu kompleksini ümumiyyətlə həmin topluma, erməni xalqına, elə erməni xalqının cəlladları olan Robert Koçaryan və Serj Sarkisyan aşılayıb. İndi də bu cəlladlardan birinin övladı ermənilərə hədə-qorxu gəlir, onları qorxutmağa çalışır. Marionetin oğlu marionet hədə-qorxu ilə istədiyinə nail olmaq fikrindədir, amma başa düşə bilmir ki, marionetlərin dövrü artıq Ermənistanda da çoxdan başa çatıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə