Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb. SİA-nın məlumatına görə, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.

Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə