Komitə sədri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib - FOTO

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstana səfəri çərçivəsində iyunun 12-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib. SİA xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

R.Məmmədov, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirəsini anıb, abidə önünə əklil qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə