"15 iyuna aparan Qurtuluş yolu Azərbaycanı qarşıdurmalardan xilas etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
"15 iyuna aparan Qurtuluş yolu, Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmalardan xilas etdi, Azərbaycanın müstəqilliyini qorudu". Bu sözləri SİA-ya açıqlamasında milli-mədəni dəyərlər üzrə tədqiqatçı, Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub: "Bunun biri, bəlkə də birincisi Azərbaycan dövlətçiliyinin qorunmasıdır. Bu istiqamətdə xalqın fədakar oğlu Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Bu qurtuluş günü münasibəti ilə biz ümummilli liderimizə borcluyuq.
Ölkədə yaranmış hakimiyyətsizlik, xaos, anarxiya vəziyyəti getdikcə ağırlaşdırırdı. Tez-tez baş verən hakimiyyət dəyişikliyi siyasi böhranı daha da dərinləşdirirdi. Ayrı- ayrı şəxslərə xidmət göstərən qeyri-qanuni silahlı birləşmələr insanları qorxu, vahimə altında saxlayırdı. Respublikamız müstəqilliyini itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, dünya xəritəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə hökumətə tabe olmur, Prezidentin, Baş nazirin və Ali Sovetin sədrinin istefasını tələb edirdi. Qondarma “Talış Muğan Respublikası”nın rəhbərləri və təşkilatçıları, sadvalçıların separatçı hərəkətləri müstəqil Azərbaycanı kiçik xanlıqlara parçalamaq həddinə çatdırmışdı. Bir tərəfdən də AXC-Müsavat iqtidarında birincilik üstündə davası vəziyyəti daha da ağırlaşdırırdı. Belə ağır və çətin bir vəziyyətdə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtdı. iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB