Sloveniya XİN: Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi istiqamətində səyləri dəstəkləyirik
Sloveniya Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi üzrə birgə səyləri dəstəkləməyə davam edəcək. SİA xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində paylaşım edilib.
“Azərbaycan xalqının müstəqilliyini qeyd etdiyi gündə onlara tərəqqi, əmin-amanlıq və firavanlıq arzulayırıq. Biz Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi üçün birgə səyləri dəstəkləməyə davam edəcəyik”, - paylaşımda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB