Cahit Bağçı Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah və tərəqqi arzu edirik. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi "X" hesabındakı paylaşımında deyib.

"Bu gün qardaş Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə bütün qardaşlarımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirik", - paylaşımda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə