"Tacikistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Tacikistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan və Tacik xalqları arasında qədimdən tarixi-mədəni əlaqələr var". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Sovet dövründə iki Respublika arasında çox sıx dostluq münasibətləri olub: "Müstəqillik dövründə isə iki müstəqil dövlət kimi bir-birinə dəstək olmağa, münasibətləri beynəlxalq hüquq qaydalarına əsasən qurmağa çalışıblar. Tacikistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Tacikistan Azərbaycanın Vətən müharibəsində qələbəsinə sevinən ölkələrdən biri olub. Vaxtaşırı həm dövlət rəhbərlərinin, həm dövlət rəsmilərinin qarşılıqlı səfərləri təşkil olunur.

Tacikistan Prezidentinin Azərbaycana səfəri dostluq münasibətlərinin yüksək səviyyədə olmasının bir göstəricisi oldu. Bu səfər zamanı hər iki tərəfin münasibətləri müzakirə edildi. Eyni zamanda yeni layihələr üzərində işlənməyə başlanıldı. Ticarət, iqtisadi dövriyyəsinin artırılması barədə qərara gəlindi. Birgə layihələr də həyata keçiriləcək. Logistika məsələləri bu gün Tacikistan üçün çox önəmlidir. Çünki onun açıq dənizə çıxışı yoxdur. Tacikistan Azərbaycan yollarından istifadə etməyə böyük maraq göstərir. Azərbaycan Tacikistan faydalı qazıntılarını almaqda, Azərbaycan məhsullarının Tacikistanda satılmasında maraqlıdır. Humanitar, mədəni sahədə əlaqələr gündən-günə genişlənməkdədir. Energetika sahəsində əməkdaşlıq barəsində ciddi razılaşmalar əldə edildi. Bir daha Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə ölkə rəhbərliyinin marağı ortaya qoyuldu. Azərbaycan Tacikistan simasında yaxın dostunu və qardaşını qiymətləndirir. Bu əlaqələrimiz gündən-günə möhkəmlənəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə