Azərbaycan və Almaniya hərbi nümayəndələri görüşüblər

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən hər iki ölkənin hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Almaniyanın Müştərək Əməliyyat Komandanlığında keçirilən görüşdə Azərbaycan və Almaniyanın BMT missiyalarında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qazanılmış təcrübələr mövzusunda ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə