Zabitlərimiz NATO-nun “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər

Azərbaycan Ordusunun zabitləri mayın 22-23-də növbəlilik prinsipinə (bir il Azərbaycanda, bir il Niderlandda) uyğun olaraq, NATO-nun Brunsum Birgə Qüvvələr Komandanlığında “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Beynəlxalq Hərbi Qərargah, SHAPE Qərargahı və Brunsum Birgə Qüvvələr Komandanlığından 8 nümayəndə olmaqla ümumilikdə 13 nəfər iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd 2024-2025-ci illər üzrə əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi, əməkdaşlıq işinə cəlb olunan azərbaycanlı zabitlərlə şəxsən müzakirələrin aparılması və ümumilikdə NATO ilə praktiki hərbi əməkdaşlıq prosesində qarşıya çıxan bütün məsələlərin aydınlaşdırılması olub. Görüşdə, eyni zamanda, Komandanlığın rəhbər heyətinin iyulun 1-5-də Bakıya səfərinin yekun təfərrüatları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə