Vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib. SİA-nın məlumatına görə, M.Quliyev komitənin bugünkü iclasında bildirib ki, bunun üçün təxminən 10-12 milyon manat vəsait lazımdır.

Onun sözlərinə görə, Azərbaycan dövləti vətəndaş doğulandan ölənə qədər onu himayə edir, qayğı göstərir: “Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Hörmətli Sahil müəllim (Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev-red.), kiçik bir kateqoriya da var, təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlarımızın dəfn müavinəti məsələsini gündəmdə saxlayasınız. Bununla bağlı komitə adından aidiyyəti üzrə məktublar göndəriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə