Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfərə yollanıb. SİA xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Məlumata görə, Paşinyan helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi, XİN rəhbəri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərlə vida mərasimlərində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə