“Əli Kərimli səsləndirdiyi fikirləri ilə oyununu qurmağa çalışır” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Əli Kərimli səsləndirdiyi fikirləri ilə oyununu qurmağa çalışır” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“AXCP sədri Əli Kərimlinin seçkilərlə bağlı mövqeyi, bəyanatları absurddur. Seçkilər konstitusiyaya görə noyabr ayında baş tutacaq. Lakin hələ də seçkilərin elan olunmaması da qanunazidd deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Əli Kərimli ənənəvi ritorikasından istifadə edərək, özü üçün “xal” toplamağa çalışır: “Amma hər zaman onun absurd fikirlər səsləndirməsinə şahid oluruq. Lakin səsləndirdikləri bütün arqumentlər zamanı gəldiyində öz cavabını alıb.

Əli Kərimli hər zaman sülhməramlılar məsələsini gündəmə gətirirdi. Lakin göründüyü kimi Azərbaycan hakimiyyəti zamanı gəldiyində yenə də ən doğru addımı atdı.

Ölkəmizdə parlament seçkiləri də zamanı gəldiyində şəffaf, düzgün şəkildə keçiriləcək. Əli Kərimli isə həmin vaxta qədər səsləndirdiyi fikirləri ilə oyununu qurmağa çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə