Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyinin salınmasını arzu edirik. SİA xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusuna konfransda çıxışı zamanı deyib.
O bildirib ki, BMT tərəfindən təsis edilən “Beynəlxalq Ailə İli”nin arıtq 30-cu ildönümüdür: "Əlbəttə, yubiley qarşısında hər bir dövlət dünyaya ən qiymətli resursu - ailə institutu ilə birgə çıxır. Çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı kimi çıxış edən Azərbaycan özünün ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və min illərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailənin vahid Vətəni kimi çıxış edir".
Deputatın sözlərinə görə, böyük mənəvi-ideoloji əhəmiyyəti olan “Ailə Günü”, eləcə də əksər dünya ölkələrində təntənə ilə keçirilən “Analar Günü” və “Atalar Günü" mahiyyət etibarilə bir məqsədə - millətin özülünü, nüvəsini təşkil edən, onun müqəddəs ideallarını fiziki, mənəvi və siyasi cəhətdən gerçəkləşdirməyə qadir olan ailə institutunu inşa etməyə, onu qorumağa və fasiləsiz vəhdətdə nəsillərarası bağların təminatına xidmət edir: "Min illik arzularını reallaşdıran, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi. 30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri, ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir".
Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyinin salınmasını arzu edirik.
"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusuna konfransda çıxışı zamanı deyib.
O bildirib ki, BMT tərəfindən təsis edilən “Beynəlxalq Ailə İli”nin arıtq 30-cu ildönümüdür: "Əlbəttə, yubiley qarşısında hər bir dövlət dünyaya ən qiymətli resursu - ailə institutu ilə birgə çıxır. Çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı kimi çıxış edən Azərbaycan özünün ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və min illərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailənin vahid Vətəni kimi çıxış edir".
Deputatın sözlərinə görə, böyük mənəvi-ideoloji əhəmiyyəti olan “Ailə Günü”, eləcə də əksər dünya ölkələrində təntənə ilə keçirilən “Analar Günü” və “Atalar Günü" mahiyyət etibarilə bir məqsədə - millətin özülünü, nüvəsini təşkil edən, onun müqəddəs ideallarını fiziki, mənəvi və siyasi cəhətdən gerçəkləşdirməyə qadir olan ailə institutunu inşa etməyə, onu qorumağa və fasiləsiz vəhdətdə nəsillərarası bağların təminatına xidmət edir: "Min illik arzularını reallaşdıran, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi. 30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri, ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir".
Xəbər lenti
Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



