“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə