“Qənimət Zahid yenə sərsəmləyib” - DEPUTAT FİKİR BİLDİRDİ

“Qənimət Zahid yenə sərsəmləyib və Azərbaycanın işıqlı gəncliyinin yolunda guya böyük əngəllərin, maneələrin olmasından bəhs edib. Hansı Qənimət?! Tula Qənimət! “Alkaş” Qənimət! Riyakarlığın, nankorluğun, əbləhliyin rəmzi olan Qənimət! Vətən xaini Qənimət! Qarabağın işğaldan azad olunmağına sevinməyən Qənimət! Quldur Əli Kərimlinin “maşası” Qənimət! Şvabenin fanatı Qənimət. Restoranlarda əxlaqsız qadınlarla hoqqa verən Qənimət! Binamus Qənimət!” Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

“Adama deyən lazım ki, sən axı kimsən, Azərbaycan gəncliyi haqda danışırsan? Sən axı kimsən, məsləhət verirsən? Sən axı kimsən, beyinlərə ayrıseçkilik toxumu səpməyə çalışırsan?

Nəzərdə tutduğun işıqlılar əgər “abzasçılar”, “toplumçular”, anarməmmədlilər-filandırsa, o zaman Allah kəssin elə işığı! Qrant müqabilində dövlət və vətən satmaq əgər sənin təbirincə, nəzərincə işıqlı fəaliyyətdirsə, o zaman daş düşsün sənin də təpənə, sənin işıqlı bildiklərinin də. Öz mafiyanızı, öz namərd çevrənizi, öz qaraguruh trollarınızı qorumağın adını əgər sən işıqlı adamları qorumaq qoymusansa, o zaman işıqsız qalasan, ay Qənimət!”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə