Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.
- Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bu gün Azərbaycanda dövlət səfərində olan əziz dostumuz və qardaşımız Sadır Nurqojoyeviç Japarovu salamlamağa şadıq. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək.
İndicə münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir. Sadır Nurqojoyeviç ilə imzaladığımız Birgə Bəyannaməni xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Məni qardaş həmkarlarım dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.
Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün Fonda 40-dan çox müraciət daxil olub. Ona görə də, düşünürəm ki, 100 milyon dollar da son hədd deyil. Biz müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdik.
Amma bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Bu gün məruzə olunduğu kimi, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq.
Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.
Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik.
İkitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq olmaz. Bu gün həmkarımla qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak edəcəyik. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir.
Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.
Hörmətli Sadır Nurqojoyeviç, bir daha xoş gəlmisiniz. Sizə, Qırğızıstandan gələn bütün dostlarımıza Azərbaycanda xoş vaxt keçirməyi arzulayıram.
Sağ olun.
x x x
Sonra Qırğızıstan Prezidenti mətbuata bəyanatla çıxış etdi.
- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Xanımlar və cənablar.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Azərbaycanlı qardaşlarımıza ənənəvi səmimi qonaqpərvərliyə və səmimi qəbula görə nümayəndə heyətimizin adından minnətdarlığımı bildirirəm. Biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik.
Bu gün Azərbaycan Respublikasının hörmətli Prezidenti ilə Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışıqlar apardıq, iki ölkənin müxtəlif nazirliklərinin rəhbərlərinin hesabatlarını dinlədik. İclasın yekunu olaraq iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsinə yönəlmiş qərarlar qəbul olundu. Vurğulamaq istəyirəm ki, danışıqlar ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçdi. Bu da ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir. Görüşümüzün yekunlarına dair Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Bəyannamə imzalandı. Bu sənədin imzalanması praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.
Biz Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyət perspektivlərini müzakirə etdik, Azərbaycan tərəfindən İssık-Kul gölünün sahilində beşulduzlu otelin tikilməsi məsələsinə toxunduq, Ağdam rayonunda Qırğızıstan tərəfindən orta məktəb binasının tikilməsini nəzərdən keçirdik. Məktəbin tikintisi Qırğızıstanın münaqişədən zərər çəkmiş regionlarda sülhün bərpasına töhfəsidir. Sabah məktəbin tikintisinə başlamazdan əvvəl onun təməlinin qoyulmasını planlaşdırırıq.
Bundan başqa, iqtisadi və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Azərbaycan birgə hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə olundu. Komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üzrə mövcud məsələlərin müzakirəsi və inkişafı üçün səmərəli platformadır. Danışıqlar əsnasında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələsində iki ölkənin qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olundu.
Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir.
Biz bu həftə Bakı şəhərində Qırğız Respublikasının Azərbaycan Respublikasında keçirilən Mədəniyyət Günləri ilə möhkəmlənən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məmnunluq ifadə etdik. Dünyaşöhrətli məşhur yazıçı, qırğız xalqının və Türk dünyasının oğlu, Azərbaycan xalqının dostu Çingiz Aytmatovun xatirəsinin yad edilməsinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığımızı bildiririk. Bu gün Bakı şəhərində onun heykəlini açmağı planlaşdırırıq.
Bu il Azərbaycanda və Qırğızıstanda Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə keçiriləcək qarşıdakı tədbirləri müzakirə etdik. Mən hörmətli İlham Heydər oğlunu təbrik etdim və fürsətdən istifadə edərək bütün qardaş Azərbaycan xalqını qlobal miqyaslı tədbirin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi hüququnu əldə etdiyinə görə təbrik edirəm. Həqiqətən bu, mühüm hadisədir və biz ürəkdən şadıq ki, qardaş ölkə belə irimiqyaslı tədbirə ev sahibliyi edir.
Sonda bugünkü danışıqların nəticələrindən və əldə olunmuş razılaşmalardan məmnunluğumu vurğulamaq istəyirəm. Onlar dövlətlərimizin bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, iki ölkənin xalqlarının maraqları naminə dostluq münasibətlərini hərtərəfli möhkəmləndirmək əzmini açıq şəkildə nümayiş etdirir.
Səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə bir daha dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycan xalqına sülh və gələcəkdə də tərəqqi arzulamaq istəyirəm.
Təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Hyundai”ın bu modellərində ciddi nöqsan aşkarlanıb...
Texnologiya 5 May 23:52Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
İdman 5 May 23:48Madonnanın konsertini 1,6 milyon insan izləyib
Şou-Biznes 5 May 23:43Britni Spirs yenidən konservatoriyada ola bilər
Şou-Biznes 5 May 23:34Stressi aradan qaldırmaq üçün pulsuz və asan bir yol...
Səhiyyə 5 May 23:25İynə udan doqquz aylıq qız bir həftə sonra ölüb
Hadisə 5 May 23:16Külək əsəcək, yağış yağacaq...
Sosial 5 May 23:05Rusiya Nigerə hərbi texnika tədarük edib
Dünya 5 May 22:54Fransanın Xarici Legionu Ukraynada ilk itkilərini verdi, amma...
Dünya 5 May 22:43Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
Təhsil 5 May 22:36İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb
İdman 5 May 22:27Berdyanskda islah koloniyasının əməkdaşı partladılıb..?
Dünya 5 May 22:15Türkiyə genişmiqyaslı müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edir
Dünya 5 May 22:03Bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub
İdman 5 May 21:52Bakıda 28 yaşlı qadın qətlə yetirilib
Hadisə 5 May 21:49Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib
İdman 5 May 21:34Ağstafada qəza olub, xəsarət alanlar var
Hadisə 5 May 21:26Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
Dünya 5 May 21:17Stend atıcılığının səngər növündə qaliblər bəlli olub
İdman 5 May 21:07Ruslar kəndləri ala-ala gedir..?
Dünya 5 May 20:57İrlandiyada turist 214 metr hündürlüyü olan qayadan yıxılıb
Dünya 5 May 20:44Rusiyalı aktrisa 48 yaşında vəfat edib…
Mədəniyyət 5 May 20:36Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var
Dünya 5 May 20:26“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub
Dünya 5 May 20:15ABŞ İsrailə mərmi tədarükünü dayandırıb...
Dünya 5 May 20:06Ukrayna Silahlı Qüvvələri rus əsgərlərini əsir götürüb
Dünya 5 May 19:54Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub
Təhsil 5 May 19:43Pravoslav NATO ölkəsində yanan şamdan kilsə yanıb...
Dünya 5 May 19:34Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər
Dünya 5 May 19:26İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış
Siyasət 5 May 19:16Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb
İdman 5 May 19:12“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib
İdman 5 May 19:10Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
Sosial 5 May 19:08Rusiyada daha bir bayram peyda olub
Dünya 5 May 19:05“Fransız əsgərləri artıq Ukraynaya göndərilib…”
Dünya 5 May 18:53Putinin yeni avtomobilinin görüntüləri internetə sızıb...
Dünya 5 May 18:45İsveçrə Ukraynaya silah verməkdən imtina edib
Dünya 5 May 18:38Putin Makeevkadan olan Maşa adlı qıza it hədiyyə edib...
Dünya 5 May 18:27Kütləvi dava: üçü saxlanılıb, üçü də xəstəxanaya aparılıb...
Hadisə 5 May 18:15Makron Çin liderini Moskvaya təsir etməyə məcbur etmək istəyir..?
Dünya 5 May 18:05Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
Şou-Biznes 5 May 17:20Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə 5 May 17:07İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
Dünya 5 May 16:49Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
Siyasət 5 May 16:35İsrail bunun müqabilində Qəzzada atəşkəsə hazırdır - Netanyahu açıqladı
Dünya 5 May 16:18Dünyanı təyyarə ilə dövrə vuran ilk pilot öldü
Dünya 5 May 16:04İvana Jivkoviç Ermənistana gəldi
Dünya 5 May 15:32İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOLAR
Sosial 5 May 14:44“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi
İdman 5 May 14:35Günəşdə daha bir güclü partlayış qeydə alınıb
Dünya 5 May 14:32Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
Təhsil 5 May 14:30Bu gün 1 274 namizəd rezidenturaya imtahan verib - YENİLƏNİB
Təhsil 5 May 14:28“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
İdman 5 May 13:35DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib
Təhsil 5 May 13:32Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Sosial 5 May 13:30"Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib - FOTOLAR
Siyasət 5 May 13:27Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
Sosial 5 May 13:25Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi
Şou-Biznes 5 May 12:40ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
Dünya 5 May 12:20Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Siyasət 5 May 12:14Bakıda həkim həyat yoldaşını bıçaqlayan ər saxlanıldı
Hadisə 5 May 12:11Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
Dünya 5 May 12:05Əfsanəvi Thomas Anders Bakıya gəlir
Şou-Biznes 5 May 11:43Bu tarixədək Ukrayna əks-hücuma keçməyəcək - Sallivan açıqladı
Dünya 5 May 11:14Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
İdman 5 May 11:10Bərdədə üç otaqlı ev tamamilə yanıb
Hadisə 5 May 10:50İki sinaqoq təxliyə edildi
Dünya 5 May 10:28Almaniyada hərbi xidmət məcburi olacaq
Dünya 5 May 10:09“Mən özümü xalqlar dostluğunun daşıyıcısı hesab edirəm“ - Rabbim Baraşov
İdman 5 May 10:01Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb
Hadisə 5 May 09:54Bu gün Bakının bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur
Sosial 5 May 09:30Mayın 5-i Həkim-Mama Günüdür
Səhiyyə 5 May 09:21Kuba Çin vətəndaşları üçün viza rejimini ləğv edir
Dünya 5 May 08:41Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTOLAR
Mədəniyyət 5 May 08:32Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
Şou-Biznes 5 May 08:30İtaliyalı azarkeşlər alman futbolçunun ailəsini ölümlə hədələyiblər
İdman 5 May 08:10Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
Şou-Biznes 5 May 07:39Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Sosial 5 May 07:23Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
Dünya 5 May 07:22Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb
Şou-Biznes 5 May 06:42Luka Modriç “Real Madrid”in tarixinə düşdü
İdman 5 May 06:34Türkiyədə ağır yol qəzası olub - xəsarət alanlar var
Dünya 5 May 06:28Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Təhsil 5 May 05:48Özəl xəbərlər
Digər xəbərlərKonqresmenlərdən ABSURD YANAŞMA - TƏHLİL
Siyasət 3 May 17:04"Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 3 May 16:19Kökələ bilməyən insanlar kimlərdir? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 3 May 16:08Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8246 0,00%
- GBP 2,1333 0,00%
- RUB 0,0185 0,00%
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;