“Azərbaycan heç bir dövlət üçün problem yaratmır” - DEPUTAT FİKİR BİLDİRDİ

“2024-cü il aprelin 23-də Azərbaycanın dövlət başçısı “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq konfransında iştirak edib. Azərbaycanın dövlət başçısı çıxışında bu gün Azərbaycan üçün önəmli olan bir çox məsələlərə də münasibət bildirib. Hər şeydən öncə bu gün hər kəsin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında olan münasibətlər dayanır. Prezident İlham Əliyev birmənalı olaraq qeyd edib ki, COP29 tədbirinin başlanmasına qədər Ermənistanla Azərbaycan arasında saziş imzalana bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistan tərəfinə müqavilənin imzalanması üçün şərtləri irəli sürüb: “Azərbaycan bu gün Cənubi Qafqazda ədalətsiz sülhün bağlanmasına ehtiyac olduğu fikrindədir. Bu sülhün bağlanmasında Ermənistan da qonşu dövlətlərin diqtəsi ilə və Azərbaycanla Ermənistan arasında olan münasibətlərin səmimiləşməsinə mane olan dövlətlərin fikirləri ilə hərəkət etməməlidir. İki qonşu dövlət münasibətləri məhz özü həll etməlidir.

Son günlərdə Qazaxın dörd kəndinin geri qaytarılması ilə bağlı iki dövlət arasında danışıqların nəticəsi də onu göstərir ki, münasibətlər ikili danışıq çərçivəsində həll edilə bilər. Eyni zamanda dövlət başçısı beynəlxalq forumda Azərbaycan və bizə qonşu olan dövlətlər arasında olan əlaqələrə də münasibət bildirib və qeyd edib ki, Ermənistan istisna olmaqla digər qonşu dövlətlərlə heç bir mübahisəli məsələsi yoxdur. Ermənistandan da bundan nəticə çıxararaq, bu münasibətləri tənzimləməyə kömək etməlidir. İki dövlət arasında sülh müqaviləsinin imzalanması Azərbaycanla yanaşı Ermənistana da uğur gətirəcək. Zəngəzur koridorunun işə salınması Ermənistan iqtisadiyyatını hərəkətə gətirəcək.

Ölkə başçısı çıxışında bir daha bildirib ki, biz müstəqil dövlət olaraq heç bir dövlət üçün problem yaratmırıq, əksinə regionda sülhün təmin olunması üçün çalışırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə