"Hər hansı soyqırımın təsdiq edilməsi mütləq faktlar tələb edir" - REKTOR

“Azərbaycan İqtisad Universiteti və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı: iddialar və faktlar” adlı konfransın bu gün və bu universitetdə keçirilməsi təsadüfi deyil. Çünki dünyaya, beynəlxalq aləmə həqiqətləri məhz elm adamları və tarixini yaxşı bilən gənclər çatdıracaq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı UNEC-in rektoru Ədalət Muradov deyib.

Rektor bildirib ki, 1915-ci il hadisələrini soyqrım kimi nümayiş etdirməyə çalışıblar: “Lakin Türkiyə hər zaman bu məsələnin araşdırılmasının və tarixi faktlar aşkar olunduqda bu hadisənin soyqırım olmayacağını bildirib. Hələ, 1948-ci ildə BMT-nin qərarına görə, 1915-ci il hadisələri soyqırımı kimi qəbul olunmayıb. Hətta dəfələrlə müxtəlif qurumlar, beynəlxalq təşkilatlar tərəfindən bu hadisənin soyqırımı olmadığı bildirilib. Hər hansı soyqırımın təsdiq edilməsi mütləq faktlar tələb edir. Lakin Ermənistan tarixçilərin faktları açmasını, arxivin ortaya çıxmasını istəmir. Çünki bu zaman heç bir soyqırımın olmadığı ortaya çıxacaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə