"Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrindən keçir" - Deputat

"Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrindən, kommunikasiya xətlərinin açılmasından keçir. Ermənistanın mövcudluğu qonşuları ilə normal əlaqələr qurmasından asılıdır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Eyni zamanda düşünürəm ki, qonşu, müəyyən mənada da türk dövləti saydığımız İran Azərbaycana qarşı öz siyasətini, münasibətini dəyişməlidir. Azərbaycan xalqını qıcıqlandıran açıqlamalardan çəkinməlidirlər. İran və Ermənistan nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır”,-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə