Azərbaycanla münasibətlərin hazırkı səviyyəsindən məmnunuq...

Aprelin 22-də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, işçi qrupun rəhbəri Arzu Nağıyev ölkələrimiz arasında dostluğun qədim tarixə malik olduğunu deyib. Bildirib ki, xalqlarımız arasındakı dostluq əlaqələri parlamentlərimiz səviyyəsində də inkişaf etməkdədir.

Ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafından və parlamentlərimizin mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən danışan A.Nağıyev bu təcrübənin parlamentlərin digər komitələri arasında tətbiqinin vacibliyni qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və biz 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq.

Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluqla danışan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili Azərbaycanın bütün suveren ərazisində keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdırıb. Qonaq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Orta Dəhliz layihələrinin ölkələrimiz üçün əhəmiyyətindən danışıb, Azərbaycanda keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Gürcüstan parlament nümayəndə heyətinin üzvləri iki ölkə arasında münasibətlərin perspektivlərinə dair fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə