Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu iclasda iştirak etmək üçün dünən Belarusa işgüzar səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə