"BRICS-in potensialının kifayət qədər inkişaf etməkdə olduğunu görürük" - Aytən Qurbanova

"BRICS-in potensialının kifayət qədər inkişaf etməkdə olduğunu görürük" - Aytən Qurbanova

"BRICS-in Cənubi Qafqaza doğru genişlənməsi, üzv ölkələrin sıralarının artırılmasında Azərbaycanın önəminin yenidən vurğulanması çox əhəmiyyətlidir". SİA xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, həm ticarət, həm iqtisadi potensial, həm də təmsilçilik baxımından dünya əhalisinin böyük bir hissəsinin təmsil olunduğunu nəzərə almaqla BRICS-in potensialının kifayət qədər inkişaf etməkdə olduğunu görürük: "2040-cı ildə daha da inkişaf etməsini nəzərə aldıqda BRICS çərçivəsində təmsil olunmaq Cənubi Qafqaz ölkələri və Azərbaycan üçün önəmli prespektivləri özündə ehtiva edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə