Ermənistanın hərbi potensialının nə dərəcədə zəif olduğunu təkcə haylar deyil, artıq hamı bilir. Təsadüfi deyil ki, həmin ölkəyə yardım etmək istəyən birinci növbədə silah yardımı barədə düşünür. Deməli, işğalçı ölkənin hərbisi ilə bağlı acınacaqlı durum hamıya bəllidir. Üstəlik, Ermənistan hərbi qulluqçularının vəziyyəti də heç kim üçün sirr deyil və işğalçı ölkənin hərbsində olan saysız-hesabsız problemlər də göz önündədir. Maraqlı olan və təəccüb doğuran budur ki, hərbisi belə bir acınacaqlı vəziyyətdə olan, saysız-hesabsız problemlər içərisində boğulan bir ölkə hərbi toqquşmalar haqda necə düşünə bilər?
İntihar həddində, psoxoloji sarsıntı içərisində olan erməni əsgəri
Hazırda hayların silahlı qüvvələrindən, onların hərbi potensialından danışmağa belə dəyməz. Ruh düşkünlüyünün, psoxoloji sarsıntının Ermənistanın silahlı qüvvələrində hansı həddə olduğu da hayların hərbi hissələrində baş verənlərdən bəllidir. Təkcə ötən il ərzində Ermənistan hərbi qulluqçularından 54 nəfərinin öldüyü qeydə alınıb. Hətta bu rəqəmin artımdan xəbər verdiyi də üzə çıxıb. Beləki, Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, ondan əvvəlki ildə 32 hərbçinin öldüyü 2022-ci illə müqayisədə belə halların sayı 69% artıb. Erməni əsgərlər arasında intihar hadisələri də qeydə alınır və digər hallarla müqaisədə bu hal daha böyük üstünlük təşkil edir. Deməli, vəziyyət düşünüldüyündən daha ağırdır. O zaman hayları dingildədən nədir və onlar belə müharibə həvəsinə nəyə arxayın olaraq düşüblər? Hər halda, sonda həmin o intihar həddində olan, psoxoloji sarsıntı içərisində olan erməni əsgəri döyüş meydanına göndərilməli olacaq, fransız əsgəri, yaxud hansısa bir amerikalı yox.
Ermənistan 44 günlük müharibədəki itkilərindən sonra hələ də öz belini dikəldə bilməyib
Bir-birini əvəz edən statistik göstəricilər Ermənistan ordusunun vəziyyətini çox açıq şəkildə göstərir. Hayların 44 günlük müharibədə düçar olduğu məğlubiyyətləri nəticəsində döyüş qabiliyyətinin xeyli hissəsini itirdikləri hamıya əyandır. Erməni əsgərinin hərbi texnikanı döyüş meydanında qoyub qaçmasından sonra Ermənistana məxsus silah arsenalında hərbi texnikanın olub-olmaması barədə dünya ictimaiyyətində çoxdan təsəvvür formalaşıb. Görünən də budur ki, Ermənistan hələ də bu itkilərdən sonra öz belini dikəldə bilməyib. Ermənistan həm 44 günlük müharibədə qarşılaşdığı məğlubiyyətdən sonra, həm də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində parlaq şəkildə həyata keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində yaranan silah boşluğunu qətiyyən doldura bilməyib. Hansı cəbbəxanası ilə müharibə həvəsinə düşüb axı bizim bu mənfur qonşularımız? Fransanın bir neçə ədəd sınıq-salxaq hərbi texnikasına, yoxsa Hindistanın özü belə istifadə etmədiyi və Ermənistana göndərdiyi silahlara güvənilərək həvəs yaranıbmı? Bu axmaqlığın son həddi deyilmi? Axı həmin hərbi texnika da, həmin silah-sursat da Azərbaycanın hərbi qüdrəti qarşısında bir zərrə belə demək deyil. Elə isə başa düşmürlərmi ki, bu “həvəs” onlara baha başa gələcək və bu yolun sonunda onları gözləyən yenə də məğlubiyyət, yenə də növbəti fiasko olacaq?
Ermənistan hərbçiləri arasında psixoloji gərginlik, xof və qorxu sindromu anlaşılandır
Hərbi texnika, silah sursat çatışmazlığı problərinə bir də əlavə olaraq, Ermənistan hərbçiləri arasında xidmət zamanı ölüm hallarının artması problemi də, psixoloji gərginliklər də əlavə olunduqda görünür ki, hayların hay-hayı gedib, vay-vayı qalıb. Bu qədər problemlər təsdiq edir ki, ermənilərin hərbi məsələ ilə bağlı ələkləri ələnib, xəlbirləri də göydə fırlanır və belə bir vəziyyətdə atılıb-düşmək ölkənin siyasi intiharı deməkdir. Erməni hərbi ekspertləri özləri də yekdilliklə təkid edirlər ki, Azərbaycanla müharibədə Ermənistan ordusunun fiaskosuna səbəb olan problemlər hələ də aradan qalxmayıb və “dedovşina”, yerliçilik, Müdafiə Nazirliyindəki hakimiyyət piramidasında olan korrupsiya elə fiasko üçün nəinki kifayət edir, artıqlaması ilə bəs edir.
Belə bir məqamda haylar arasında, erməni əsgərlər, çağırışçılar və ehtiyatda olanlar arasında Azərbaycan Ordusunun xofunu da qeyd etmək lazım gəlir. Çünki, cəmi 44 gün ərzində 11 minə yaxın fərarisi olan bir ölkənin əsgərlərinin Azərbaycan əsgərindən necə qorxduğunu elə həmin o qeyd olunan faktla təsdiq etmək mümkündür. Üstəlik, axı həqiqətən də Azərbaycanın əsgər oğulları, döyüşçüləri qısa zaman kəsiyində igidliyin, ərliyin, mərdliyin, cəsurluğun, qorxmazlığın, rəşadətin nə olduğunu haylara başa saldılar. İşğaldan azad olunan digər ərazilər bir tərəfə, Şuşanı azad edən Azərbaycan əsgəri haylar üçün kabus kimi göründü. Şuşanın işğaldan azad edildiyi gün onlara məxsus olan hərbi hospitallara yerləşdirilən erməni əsgərlərinin ancaq bıçaq və tapança gülləsi yarası aldığı müəyyən olunduğu zaman hayların həkimləri belə başa düşmüşdülər ki, onların döyüşçülərini Azərbaycan əsgəri əlbəyaxa döyüşdə belə hala salıb. 44 günlük müharibə bitdikdən sonra döyüş səhnələrini xatırlayan erməni əsgərləri özləri belə etiraf edirdilər ki, Azərbaycan əsgəri kabus kimi peyda olduqda onlar bundan böyük qorxu və sarsıntı keçirmişlər. Haylar etiraf edirlər ki, qorxunun, stresin, həyəcanın, sarsıntının fonunda onlar öz döyüş yoldaşlarına belə atəş açırlarmış. İndi həmin qorxunun daha da artdığını təkzib belə etmək olmaz, çünki Şuşa əməliyyatından üç il sonra, daha dəqiq desək 2023-cü ilin sentyabrında ermənilər üçün daha bir dərs verildi və bir sutkadan da az müddətdə diz çökdürüldülər. İndi haylar yaxşı bilirlər ki, müharibədə özlərinin qaçıb aradan çıxan fərariləri ilə yalçın qayalara dırnaqları ilə qalxan qoç igidlər, Azərbaycanın rəşadətli əsgərləri qarşılaşacaqlar və deməli, qorxu sindromları da bu baxımdan anlaşılan və gözləniləndir. Belə qorxaqcasına müharibə haylara məğlubiyyətdən, fiaskodan başqa nə vəd edə bilər?
Ermənilər başlarına gələ biləcək hadisələrə, hətta ağır nəticələrə görə də özləri cavabdehlik daşıyırlar
Diqqətə çatdıraq ki, Ermənistan Silahlı Qüvvələrinin şərti Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində birləşməsi və eləcə də hərbi texnikasını cəmləşdirməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi artıq iki dəfə rəsmi İrəvana xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra ermənilər başlarına gələ biləcək hadisələrə, hətta ağır nəticələrə görə də özləri cavabdehlik daşıyırlar. Xatırladaq ki, xəbərdarlıqda bu məqam da vurğulanıb. Görünür, Ermənistan-Aİ-ABŞ formatında aprelin 5-nə planlaşdırılan görüş ərəfəsində yeni ağaları tərəfindən Ermənistan yeni hərbi təxribata sövq edilir. Onlara ürək-dirək verilir, vədlər verilir və ruhlandırılırlar. Əks halda, hansısa fikrə, xüsusən müharibə barədə fikrə belə düşməyə hayların qətiyyən cəsarəti çata bilməzdi. Amma haylar başa düşməlidirlər ki, ukraynalılara verilən vədləri, Qərbin Ukraynaya dəstəyini haylara verilən dəstəklə, yaxud veriləcəyi vəd edilən dəstəklə qətiyyən müqaisə belə etmək mümkün ola bilməz. Nəticə isə göz önündədir və hər halda şəhərləri dağılan Ukrayna, dərisi boğazından çıxarılan canavar misalında ermənilərə bir dərs olmalı idi. Yox əgər bundan bir dərs almaq, nəticə çıxarmaq fikrində deyillərsə, buyursunlar, əllərindən gələni əsirgəməsinlər və yolun sonunda qarşılaşacaqları məğlubiyyətə, fiaskoya da indidən hazırlaşsınlar.
Ermənistanın təxribatına cavabın həmişəkindən daha sərt olacağı gözlənilir
Azərbaycan hadisələrin istənilən istiqamətdə cərəyan edəcəyinə artıq çoxdan hazırdır və Ermənistanın təxribatına cavabın həmişəkindən daha sərt olacağı gözlənilir. Bunu indidən etiraf edən erməni siyasətçiləri də var. Məsələn, Ermənistan parlamentinin deputatı Artur Xaçatryan açıq şəkildə söyləyib ki, Ermənistan cəmiyyəti öz ordusunun güclənməsini görməyib, Ermənistan hakimiyyəti ordunu gücləndirmək üçün heç nə etməyib. 2050-ci ilə qədər Ermənistan ordusunun dünyanın iyirmi ən güclü ordusu sırasına daxil olacağına 2019-cu ilin avqustunda Nikol Paşinyanın söz verməsinə baxmayaraq, Ermənistan ordusunda qeyri-döyüş şəraitində belə ölüm halları kəskin artdığını bilən erməni politoloqları müharibə olacağı təqdirdə fəlakətlə qarşılaşacaqlarını etiraf edilər. Onlar artıq uzun müddətdir etiraf edirlər ki, Nikol Vovayeviç populizmdə özünü üstələyib, çünki Ermənistanın ordusunun döyüş qabiliyyətinin artırılması məsələsində ciddi irəliləyiş üçün heç bir imkanları da yoxdur, bu istiqamətdə addım da atılmayıb. Elə isə, güvənilən nə ola bilər ki, belə məsuliyyətsiz addımlara rəvac verilir? Hər halda, nə olmasından asılı olmayaraq, istənilən halda nəticə bəllidir və məğlubiyyət, fiasko hayların artıq alınlarına yazılıb, bir növ alın yazısı da sayıla bilər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB