"Dezinformasiyanın yayılmasında maraqlı tərəflər mövcuddur” - DEPUTAT FİKİR BİLDİRDİ
“Dezinformasiyaların yayılması çox təhlükəlidir. Nəzərə almaq lazımdır ki, günümüzdə informasiya çox təsirli amildir. Bu səbəbdən də dezinformasiya bir qayda olaraq cəmiyyət içərisində çaşqınlıq, narahatlıq yaratmağa hesablanır. Azərbaycan cəmiyyətində də dezinformasiyanın yayılmasında maraqlı olan tərəflər mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, cəmiyyətə çağırış etmək, maarifləndirmə işləri aparmaq lazımdır: “Mütləq şəkildə insanlar müvafiq olaraq dövlət orqanlarının rəsmi məlumatlara istinad etməli və inanmalıdırlar. Hesab edirəm ki, belə olan halda dezinformasiyanın təsiri olmayacaq. Belə olan halda dezinformasiya yaymaqda maraqlı olanlar da bu əməllərindən əl çəkəcəklər.
Digər tərəfdən cəmiyyət üzvləri də bu cür yalan məlumatların yayılmasına qarşı mübarizə aparmalıdırlar. Bu mübarizədə atacaqları yeganə addım bu cür məlumatların yayılmasının iştirakçısı olmasınlar. Əgər cəmiyyət üzvləri məsələyə həssas yanaşsalar və dezinformasiyaların yayılmasının iştirakçısına çevrilməsələr bu problemin həllində kifayət qədər irəliləyiş əldə etmək mümkün olar. Xüsusilə də cəmiyyətdə ciddi narahatlıq yaradan informasiyaların yayılmasını təmin edənlərə qarşı ciddi tədbirlər görülür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB