“Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” - MÜNASİBƏT BİLDİRİLDİ

“31 mart Ümummilli Lider Heydər Əliyevin imzaladığı Azərbaycanlıların soyqırımı haqqında fərmana əsasən Azərbaycanlıların soyqırımı günü kimi elan edilib. Həmin günə, hadisələrə adekvat siyasi qiymət məhz həmin tarixdən etibarən verilməyə başlanmışdır. Erməni bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması da məhz həmin tarixdən mümkün olub. Təəssüflər olsun ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımılar nəticəsində xalqımız ağır itkilərə, dəhşətlərə düçar olmuş və bu proses mərhələli şəkildə həyata keçirilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, ermənilərin qeyri-insani siyasəti nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları öz doğma yurdlarından didərgin olunub, kütləvi qətl və qırğanlara məruz qalıblar: “Bu proses bir neçə mərhələləri əhatə edir.

İlk olaraq 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib. Daha sonra isə bu proses davam edərək, 1918-1920-ci illərdə ən pik həddə çatmışdır. 1918-ci ilin məhz mart, aprel və may ayında baş verən qırğınlar heç bir zaman azərbaycanlılar tərəfindən unudulmayıb. Bütün bu dəhşətli hadisələr sonrakı illərdə də davam edib. Ulu Öndər çıxışları zamanı hər zaman vaxt gələcək soqırımı törədənlərin bunun üçün cavab verməli olacaqlarını bildirirdi. Sevincidirici haldır ki, həqiqətən də, biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq və torpaqlarımı işğaldan azad edərək, bütöv Azərbaycan ərazisində suverenliyimi bərpa etdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə