"Görülən işlər özünün universallığı baxımından nümunəyə çevriləcək" - ŞƏRH EDİLDİ
"İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıdış dövlətimizin prioritet hesab etdiyi vəzifələrdəndir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu gün həyata keçirilən bütün tədbirlərin, görülən bütün işlərin təməlində Qarabağa və Şərqi Zəngəzura həyatın sözün tam mənasında qayıtması dayanır: "Bu gün görülən işlərin, bütün müstəvilərdə həyata keçirilən tədbirlərin anonsu ilə diqqətli insanlar Prezident İlham Əliyevin 44 günlük müharibənin gedişində və 10 noyabr bəyanatının imzalanmasından dərhal sonra xalqa edilən müraciətlərində tanış ola bilərlər. Ermənistan hakimiyyətinin bütün manipulyativ davranışlarından, məğlub ölkədəki revanşçıların, separatçı tör-töküntülərin atılıb düşmələrindən, prosesdə birbaşa və dolayısı ilə iştirak edən subyektlərin soyuqqanlı diplomatik ifadələrindən asılı olmayaraq, Azərbaycan Prezidenti ölkəni elan etdiyi, geriyə dönüşü olmayan hədəflərə doğru aparır.
İşğaldan azad etdiyimiz torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura qayıdışla bağlı tam təsəvvürə malik olmaq üçün isə qənaətimə görə, bu ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasına nəzər salmaq yetərlidir. Həm də nəzərə almaq lazımdır ki, bu ərazilərdə həyata keçirilən layihələrin prioritetlərindən biri və bəlkə də birincisi, bu torpaqlarda azərbaycanlıların əbədiyyətə qədər təhlükəsiz və firavan yaşamaları üçündür. Bu baxımdan, həyata keçirilən hər bir layihə özündə bir neçə komponenti birləşdirir. Şübhə etmirəm ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman əsgər və zabitlərinin nümayiş etdirdikləri misilsiz rəşadət dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldığı kimi, işğaldan azad etdiyimiz ərazilərimizdə görülən işlər də özünün universallığı baxımından nümunəyə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB