Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır. SİA-nın məlumatına görə, bunu ölkə Prezidenti Vladimir Putin Baş Prokurorluğunun kollegiya iclasında bildirib.
O, Baş Prokurorluğa qabaqlayıcı anti-kriminal, o cümlədən miqrasiya sahəsində tədbirlər sistemi üzərində düşünməyi tapşırıb.
V.Putin həmçinin prokurorluq işçilərini təhsil müəssisələrində və uşaqların istirahət yerlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB