İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Cənubi Qafqazda baş verənləri “həssas” adlandırıb. Bu barədə Mehr agentliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, Rəisi Tehranın regionun sabitliyini və İranın buradakı strateji maraqlarını qorumağa hazır olduğunu vurğulayıb. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani martın 7-də regiondan kənar ölkələrdən təhlükəsizlik axtararkən Cənubi Qafqazı “başqaları üçün rəqabət meydanına” çevirmək riskindən danışıb. Martın 19-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun regionda genişlənməsi ilə Qafqazda sabitliyi şübhə altına alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB