"Qarabağın azad edilməsi aparıcı dövlətlərin gündəliyində yox imiş" - ŞƏRH EDİLDİ
“Azərbaycan Prezidenti İlham Əliyev hələ andiçmə mərasimində də bildirdi ki, Azərbaycan Qarabağda çaldığı qələbədən sonra bir çox daşları yerindən tərpətdi. Hazırda baş verən hadisələr göstərir ki, Qarabağın işğaldan azad edilməsi dünyanın aparıcı dövlətlərinin gündəliyində yox imiş. Bu menyudan çıxarılmış məsələ idi, Azərbaycan yenidən dünyanın siyasi menyusuna əlavə etdi. Onlar hələ də çaş-baş qalıb onu düzəldə bilmirlər. Çünki Qarabağın o vəziyyətdə qalması Fransa, Amerika Birləşmiş Ştatları və Rusiyanın maraqlarını təmin edirdi”. Bu barədə SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, dövlət özünün milli maraqlarına uyğun addım atanda, bunu başqaları ilə razılaşdırmayanda, hegemonluq edən dövlətlərin maraqlarını təmin etməyəndə təbii ki, o dövlətə qarşı hücumlar olur: “Azərbaycan da təkcə Cənubi Qafqazın liderinə çevrilmədi. Azərbaycan ermənilər və onların arxasında duran qüvvələrin maraqlarını yerlə yeksan etdi. Eyni zamanda Rusiyanın bölgədən çıxarılması məsələsində Bakı birmənalı şəkildə öz milli maraqlarını güddü. Bizə nə Rusiyanın, nə də İranın maraqları sərf edirdi. Buna görə də öz milli maraqlarımız gündəmə gətirildi. Gürcüstan və Ukraynada qərbin həyata keçirdiyi layihələrin Rusiya tərəfindən zərərsizləşdirildiyi üçün Azərbaycan öz milli maraqlarını həyata keçirdi”.
C.Nuriyev sonda qeyd edib ki, onlar son üç ildir Qafqaz maraqlarını heç cür balanslaşdıra bilmirlər: “Gah Makronu, gah da Şoltsu ortaya atdılar. Dünyanın yeni arxitekturasında Qarabağ azad edilmiş şəkildə deyildi. Bu yaxınlarda məşhur rusiyalı politoloq Stanislav Tarasov bildirdi ki, ABŞ-dən olan tarixçi Bernard Luisin layihəsi ortaya çıxıb. Orada Dağlıq Qarabağ respublikasının dövlət kimi tanınmalı olduğu bildirilirdi. Azərbaycan da bu məsələdən xəbər tutduğu üçün status tarixdən silindi. Bernard Luisin sənədlərinin üzə çıxması həm ABŞ-nin, həm də Qafqazda möhkəmlənmək istəyən dövlətlərin, həm də yeni dünya xəritəsi yaratmaq istəyənlərin maraqlarına ziddir. Əgər bu baş verərsə mütləq Kürdüstan yaradılmalı, Cənubi Azərbaycan şimala birləşdirilməli ümumilikdə 6-7 yeni dövlət formalaşdırılmalı idi. Sözügedən layihə həyata keçirilsə idi Türkiyə də, Azərbaycan da parçalanacaqdı. Türkiyənin və Azərbaycanın bundan xəbərdar olması onların planlarını alt-üst etmiş oldu.
Kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlar ABŞ-nin regiondakı siyasətini aşkar etdi. ABŞ bu layihənin pozulmasından çox narahatdır. Orada Bayden də olsa, Tramp da gəlsə artıq heçnə dəyişməyəcək. Çünki ABŞ hegemonluğunu itirir. Çin Rusiya birliyi meydandadır. ABŞ Hindistanla yaxınlaşmağa çalışsa da alınmayacaq. Çünki Hindistanın da yanında Pakistan var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB