"Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub" - BAŞ NAZİR

"Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub" - BAŞ NAZİR

Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. SİA xəbər verir ki, bu fikri martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında deyib.

Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə