“Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpaqlarını işğaldan azad edərək regionda yeni vəziyyət yarandı. Təbii ki, tarixi qələbə və zəfərimizə sevinənlər, bizi istəyənlər o qədər də çox deyil. Biz də onların bu mövqeyinin səbəbini bilirik”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Rauf Zeyni sözlərinə belə davam edib: “Təəssüflər olsun ki, 20 ildən artıq bir müddətdə Fransa kimi bir ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri olması və təmsil olunması, bu gün də Fransa rəhbərliyinin apardığı anti-azərbaycan mövqeyinin hansı məntiqə söykəndiyini anlamaq o qədər də çətin deyil. Amma qəbul etmək mümkün deyil ki, demokratiya və demokratik dəyərlər adı altında dünyaya özünü təqdim edən Fransa və onun prezidenti Emmanuel Makron istər BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq səviyyələrdə Azərbaycanın qələbəsini həzm etməməsi, ölkəmizə qara yaxmaq, onun beynəlxalq nüfuzuna xələl yetirmək istəməsi azmış kimi düşmənimizi silahlandırır. Fransa mənfur qonşuları yeni müharibəyə həvəsləndirir və öz maraqlarını təmin etmək üçün sülhə xələl gətirir, hətta müharibəyə də stimul verir.
Fransa çirkin əməllərindən əl çəkmir. Bunun yalnız bir adı var. Uzun müddət dünyada özünün demokratik olduğunu göstərmək istəyən Fransanın əsl mahiyyəti sən demə budur. Onu da qeyd edim ki, Xurşidbanu Natəvanın heykəlinin vandalizmə məruz qalması ilə əlaqədar olaraq Fransanın mədəni bir ölkə kimi belə addım atması onun beynəlxalq imicinə zərbə vurması deməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB