"Cənubi Qafqazı ortaq rifah mərkəzinə çevirmək üçün fürsət yaranıb" - HAKAN FİDAN

"Cənubi Qafqazı ortaq rifah mərkəzinə çevirmək üçün fürsət yaranıb" - HAKAN FİDAN

Cənubi Qafqazı ortaq rifah mərkəzinə çevirmək üçün fürsət yaranıb". SİA xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə çıxışı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 illik işğaldan sonra torpaq bütövlüyünü yenidən qura bilib: "Bakı-Tiflis-Qars dəmiryol xəttinin tez bir vaxtda bərpa olunmasını müzakirə etdik. Xüsusi layihələrlə və xaricdə əməkdaşlığımızı artırmaq üçün ortaq iradəmizi bildirdik".

H.Fidan bildirib ki, Türkiyənin Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatına sədrliyi zamanı Azərbaycan və Gürcüstan böyük töhfələr vermişdir: "Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi yalnız region üçün deyil, həm də qlobal təhlükəsizlik üçün çox vacibdir".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə