"Onlar Azərbaycan siyasətinə ləkədirlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Onlar Azərbaycan siyasətinə ləkədirlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə Azərbaycan dövlətçiliyinə düşmən kəsilən kəsimlər sifarişlə hərəkət edirlər. Onların öz mövqeləri yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Partiya sədrinin sözlərinə görə, təhqiramiz forma Azərbaycan üçün minus gətirir: "Ümumiyyətlə, bu söyüş təbliğatının, praktikasının olması dövlət haqqında mənfi fikir yaradır. Söhbət ondan getmir ki, kiməsə qarşı çıxış edirsən. Dövlət haqqında təsəvvür yaradırlar. Onlara sifariş verənlərin də məqsədi odur ki, dövlətlə bağlı bəsit fikir formalaşdırsınlar. Burada söyüş məkanının olması təsəvvürünü yaratsınlar.

Ona görə də hamısı zamanla müəyyən işləri, hərəkətləri ilə ortaya çıxır. Bu deyilən hadisənin iki tərəfi var. Bir tərəf ondan ibarətdir ki, özlərini ifşa edirlər, bir-birinin üzərinə atırlar. Sübut etməyə ehtiyac yoxdur ki, onlar haradan gəliblər. Səviyyəsiz adamları ortaya gətirib maliyyələşdirən görürsünüz kimlərdir. Onlar Azərbaycan siyasətinə ləkədirlər. Məsələnin digər tərəfi isə odur ki, onların arasında bir nəfər ortaya çıxır ki, pul ilə bağlı maraq məsələsi var. Müəyyən mərkəzlərin pulu uğrunda mübarizə aparırlar. Ona görə də dünənə qədər birlikdə idilər, bu gün Əli Kərimli ilə Sevinc Osmanqızı bir-birinə qarşı çıxırlar. Bu onların iç üzünü açır ki, belə rüsvayçı vəziyyətdədirlər. Bir-birinin ətini yeyirlər, ittiham edirlər. Onların işinin də sonu olmayacaq. Bunlar Azərbaycan cəmiyyətinin də gözündən düşüblər, özləri də hara getdiklərini bilmirlər. Yəni xəcalətli, çirkin yola düşüblər, oradan da çıxa bilmirlər. Bataqlığın içindədirlər. Son hadisələr də bunu bir daha aydın şəkildə göstərir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə