Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilir - YENİLƏNİR - FOTOLAR

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilir. SİA xəbər verir ki, iclasda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, həmçinin Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel iştirak edirlər.

Xatırladaq ki, 23 may, 2022-ci ildə BMTM və Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Ekspert Şurasının ilk iclası həmin ilin avqustun 19-da Qazaxıstanın paytaxtı Astanada keçirilib. İkinci iclas isə 2023-cü ilin aprelin 7-də Bakı şəhərində baş tutub. Ekspert Şurasının iclası ikitərəfli gündəmin və ümumi dinamikanın təhlili baxımından vacib platforma kimi çıxış edir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə